Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 10:27

Səudiyyənin jurnalistin qətli barədə izahatı Trump-ı ‘tam qane etməyib’


ABŞ prezidenti Donald Trump deyib ki, jurnalist Jamal Khashoggi-nin öldürülməsi ilə bağlı Səudiyyə Ərəbistanından eşitdikləri onu “hələ də tam qane etməyib”. O eyni zamanda bildirib ki, ABŞ-ın Səudiyyədən gələn investisiyaları itirməsini də istəmir.

Washington Post qəzetinin köşə yazarı və Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Mohammed bin Salmanın qatı tənqidçisi Khashoggi oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Jurnalist konsulluğa türkiyəli nişanlısı ilə evlənmək üçün lazımi sənədləri hazırlamaq məqsədilə getmişdi.

Riyad əvvəlcə jurnalistdən heç bir xəbəri olmadığını desə də, sonradan onun konsulluqda düşmüş dava-dalaş zamanı öldürüldüynü etiraf edib. Səudiyyənin bu etirafını Qərb hökumətləri inamsız bir məmnunluqla qəbul ediblər.

Trump oktyabrın 22-də Ağ Evdə jurnalistlərə deyib:

"Eşitdiklərim məni qane etməyib. Mən ölkəmizə gələn bütün o investisiyaları itirmək istəmirəm, amma biz bu məsələnin axırına çıxmalıyıq”.

Trump bunu da deyib ki, oktyabrın 22-də vəliəhd şahzadə ilə söhbət edib. O habelə bildirib ki, Səudiyyə Ərəbistanında amerikalılar var və Türkiyədəki ABŞ kəşfiyyat zabitləri Khashoggi-nin işini araşdırırlar. Prezident onların oktyabrın 23-də ABŞ-a dönəcəyini bildirib.

Türkiyə rəsmiləri Khashoggi-nin konsulluğun içərisində Səudiyyə agentləri tərəfindən öldürülməsindən və cəsədinin doğranmasından şübhəlinirlər.

Türkiyə mənbələri bildirirlər ki, hakimiyyət orqanlarında 59 yaşlı jurnalistin qətlə yetirildiyini təsdiq edən audioyazı var.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, təhqiqat barədə məlumatı oktyabrın 23-də edəcəyi nitq zamanı açıqlayacaq.

Hazırda Türkiyə xəfiyyələri Səudiyyə konsulluğunun əməkdaşlarını dindirməklə məşğuldurlar.

Türkiyə müşahidə kamerasından alınmış video oktyabrın 22-də mediaya sızıb. Bu videoda əynindəKhashoggi-nin paltarları olan bir nəfərin diplomatik missiyanı tərk etdiyi görünür. Ehtimal edilir ki, bu, Khashoggi-nin qətlinin ört-basdır edilməsi üçün həyata keçirilmiş fənd olub.

Oktyabrın 22-də Səudiyyə konsulluğu Türkiyə müstənitiqlərinin diplomatik korpusun avtomobilini müayinə etməsinə icazə vermirdi.

XS
SM
MD
LG