Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 08:42

Türkiyənin istintaq orqanı Səudiyyə konsulluğunun əməkdaşlarını dindirir


Foto arxiv
Foto arxiv

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun 5 əməkdaşı jurnalist Camal Kaşıkçının (Jamal Khashoggi) konsulluqda öldürülməsi ilə bağlı oktyabrın 22-də Türkiyənin istintaq orqanına ifadə veriblər.

Ötən həftə isə konsulun sürücüsü də daxil olmaqla diplomatik korpusun 20 əməkdaşı dindirilib.

Prokurorlar ümumilikdə bu işlə bağlı 45 nəfərin dindirilməsini istəyir.

Türkiyə prezidenti Racep Tayyip Erdogan bildirib ki, jurnalistin qətlinin üstü tam açılmalı və bu barədə ictimaiyyətə məlumat verilməlidir.

Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Səudiyyəli jurnalist Camal Kaşıkçı oktyabrın 2-də konsulluğun binasında öldürülüb. Onun işgəncələr altında öldürülməsi barədə qeyri-rəsmi xəbərlər var, amma hələlik cəsədinin harda olduğu bilinmir.

Səudiyyə hakimiyyətinin əsas tənqidçisi kimi tanınan jurnalist konsulluğa sənəd almaq üçün gedibmiş.

Səudiyyə hökuməti öncə məlumat vermək istəməsə də sonradan jurnalistin konsulluğun binasında öldürülməsini təsdiqləyib və bunun yumuruq davası zamanı baş verdiyini bildirib.

Amma bu izah ABŞ, Avropa Birliyi və Türkiyə də daxil olmaqla beynəlxalq aləmi qane etmir və onlar hərtərəfli istintaq aparılmasını tələb edirlər.

Səudiyyə Ərəbistanı jurnalistin qətlinə görə sanksiyalarla üzləşə bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG