Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 14:40

Trump John Ratcliffe-i bir daha kəşfiyyat direktoru təyin edəcəyini deyir


John Ratcliffe
John Ratcliffe

ABŞ prezidenti Donald Trump deyib ki, o, Nümayəndələr Palatasının respublikaçı üzvü John Ratcliffe-i ikinci dəfə milli kəşfiyyat direktoru vəzifəsinə təyin edəcək.

Milli kəşfiyyat direktoru (director of national intelligence) vəzifəsi etibarilə ölkənin 17-dək kəşfiyyat orqanına nəzarət edir.

Trump fevralın 28-də yazdığı tvitdə qeyd edir ki, “John böyük istedada malik tanınmış insandır!”

Trump bundan əvvəl özünün qızğın tərəfdarı olan texaslı konqresmeni bu vəzifəyə təyin etmişdi, lakin hər iki partiayadan olan tənqidlərə görə bu təyinatını geri götürmüşdü.

Millət vəkilləri onun bəzi keyfiyyətlərini, habelə kəşfiyyat təcrübəsinin olmamasını tənqid edirdilər.

Əgər Senat tərəfindən təsdiq olunarsa, Ratcliffe bu vəzifədə Trump-ın başqa bir sədaqətli tərəfdarı Richard Grenell-i əvəzləyəcək.

Richard Grenell hazırda milli kəşfiyyat direktorunun əvəzi vəzifəsini yerinə yetirməklə, həm də ABŞ-ın Almaniyadakı səfiri və Kosova və Serbiyada isə xüsusi nümayəndəsi kimi qalır.

İki həftə bundan əvvəl Grenell-in təyinatı da demokratlar və bəzi respublikaçılar tərəfindən tənqid olunmuşdu.

Millət vəkillərinin iradı onun da kəşfiyyat təcrübəsinə malik olmaması idi.

Grenell-dən əvvəl bu vəzifədə olmuş Joseph Maguire ötən avqustdan direktor əvəzi idi.

Maguire bu vəzifəyə Donald Trump-ın qatı tənqidçisi olan Dan Coats-un istefasından sonra gəlmişdi.

Coats Rusiyanın 2016-cı il ABŞ seçkisinə Trump-ın xeyrinə və Hillary Clinton-un ziyanına müdaxilə etdiyinə dair ABŞ kəşfiyyatının gəldiyi nəticəni dəstəkləyirdi.

Milli kəşfiyyat direktoru vəzifəsi 2001-ci ilin sentyabr terror hücumlarından sonra yaradılıb.

O ABŞ-ın 17-dək mülki və hərbi kəşfiyyat agentliyinə nəzarət edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG