Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:57

Trump İran barədə ‘son qərarını’ oktyabrın 13-də bəyan edəcək


Ağ Ev bildirir ki, prezident Donald Trump İrana münasibətdə özünün çoxdan gözlənilən siyasətini, o cümlədən Tehranla 2015-ci ildə bağlanmış nüvə sazişinin taleyini həll edəcək qərarını oktyabrın 13-də açıqlayacaq. İranın nüvə fəaliyyətini kəskin məhdudlaşdıran və onun üzərindən sanksiyaları qaldıran bu sazişi ABŞ-dan başqa dünyanın daha 5 gücü imzalayıb.

Trump administrasiyası oktyabrın 12-də elan edib ki, bu xüsusda bəyanat Vaşinqton vaxtı ilə gündüz saat 12:45-də (Bakıda 20:45) elan ediləcək.

AzadlıqRadiosu yazır ki, Trump-ın bu nitq zamanı ABŞ-ın İranla bağlanmış sazişdən çıxmasını elan edəcəyi gözlənilir. Prezident bu sazişin Birləşmiş Ştatların milli təhlükəsizlik maraqlarına xidmət etmədiyini bildirib.

Trump prezident Barack Obama-nın administrasiyası tərəfindən imzalanmış bu sazişi dəfələrlə “ABŞ-ın qoşulduğu ən pis razılaşma” adlandırıb.

Media məlumatlarında deyilir ki, Trump İranla sazişin etibardan düşdüyünü oktyabrın 15-dək elan etməliydi. Onun bu qərarından sonra, Konqresin İran üzərindəki sanksiyaların yenidən tətbiqi barədə qərar çıxarması üçün 60 gün vaxtı olacaq.

ABŞ-ın bu sazişdən birtərəfli qaydada çıxmasının bütünlükdə sazişin statusuna və onu imzalamış başqa tərəflərin mövqeyinə necə təsir edəcəyi hələlik bəlli deyil.

Trump və onun administrasiyası bu qənaətdədir ki, Tehran sazişin müddəalarına əməl etsə də, onun “ruhunu” pozub.

Ağ Ev bunun özünü İranın ballistik raket sınaqlarını davam etdirməsində büruzə verdiyini söyləyir.

Bundan başqa Trump administarasiyası İranın bütün Yaxın Şərq boyunca terrorçu təşkilatları dəstəklədiyini və regionu sabitsizləşdirdiyini bildirir.

ABŞ qanununa görə administrasiya hər 120 gündən bir İranın sazişə əməl etdiyini təsdiqləyən şəhadətnamə imzalamalıdır. Trump administrasiyası indiyədək bu şəhadətnaməni iki dəfə imzalayıb.

Konqresdə əksər demokratlar və Trump-ın milli təhlükəsizlik komandası da daxil bəzi respublikaçılar ABŞ-ın İranla sazişdən birtərəfli qaydada çıxmasından narahatdırlar.

Onların fikrincə, belə bir addım bütün dünyada ABŞ-a olan etimadı sarsıda bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG