Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:37

Trump İranı nüvə sazişinin ‘ruhuna uyğun olmamaqda’ ittiham edib


ABŞ prezidenti Donald Trump İranı, onun dünya gücləri ilə imzaladığı “nüvə sazişinin ruhuna uyğun hərəkət etməməkdə” günahlandırıb. O deyib ki, Birləşmiş Ştatlar buna yaxın vaxtlarda mübnasiibət bildirəcək.

Aprelin 20-də Ağ Evdə İtaliyanın ABŞ-da səfərdə olan baş naziri Paolo Gentiloni ilə keçiridiy birgə mətbuat konfransında Trump saziş barədə “indiyədək gördüyüm ən pis razılaşma” bəyanatını təkrar edib.

O bildirib ki, İran “sazişin ruhuna uyğun hərəkətlər etmir, amma əslində etməlidir”.

Trump deyib ki, “biz bunu çox, çox diqqətlə təhlil edirik və çox da uzaq olmayan gələcəkdə bu barədə bəzi şeylər deyəcəyik”.

Bundan bir qədər əvvəl dövlət katibi Rex Tillerson da İranı tənqid etmişdi. Lakin həmin tənqidə baxmayaraq Dövlət Departamenti nüvə sazişinə uyğun olaraq İranın sanksiyalardan azad olduğu müddəti uzatmaq barədə qərar qəbul edib.

Tillersonun tənqidlərinə cavab olaraq İran xarici işlər naziri Mohammad Javad Zarif deyib ki, ABŞ “köhnəlmiş ittihamları ilə İranın sazişin şərtlərini yerinə yetirdiyini etiraf etməsini pərdələməyə çalışır”.

AzadlıqRadiosu yazır ki, İranın ən azı texniki baxımdan sazişin şərtlərinə əməl etdiyi nəzərə alınarsa, Trump-ın tənqidinin nə ilə bağlı olmasını başa düşmək çətindir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG