Keçid linkləri

2024, 29 Aprel, Bazar ertəsi, Bakı vaxtı 03:08

Trump yeni 700 milyard dollarlıq müdafiə büdcəsi qanununu imzalayıb


ABŞ prezidenti Donald Trump 700 milyard dollarlıq müdafiə büdcəsi qanununu imzalayıb. Bunun 4, 8 milyard dolları Avropadakı hərbi xərclər üçün nəzərdə tutulub. Bu qanunda Ukraynanın müdafiə xərcləri artırılıb və yeni yer əsaslı qitələrarası ballistik raketin tikilməsi nəzərdə tutulub.

2018-ci il üçün Milli Müdafiə Qanunu (2018 National Defense Authorization Act) adlanan bu sənəd ölkənin Müdafiə Nazirliyi və müvafiq dövlət strukturları üçün siyasi təlimat rolunu oynayır.

Dekabrın 12-də Ağ Evdə Trump Konqresi büdcənin maliyyələşdirilməsinin tezliklə icra edilməsinəçağırıb.

Hərbi xərclərin milyardlarla ölçülən böyük bir hissəsi, əsası hələ Barack Obama tərəfindən qoyulmuş Avropada Çəkindirmə Təşəbbüsü üçün nəzərdə tuitulub. Bu pullar Rusiyanın getdikcə artmaqda olan hərbi qüdrətindən narahat Şərqi Avropa ölkələrinə xərclənməlidir.

ABŞ və NATO müttəfiqləri üç Baltikyanı ölkədə və Polşada kiçik quru qüvvələri birləşmələri yerləşdiiblər. Hərbi qüdrət baxımından o qədər də əhəmiyyətli olmayan bu birliklər Rusiyanın sərhədində daha çox simvolik məna daşıyır.

ABŞ komandanları bundan başqa Şərqi Avropada zirehli döyüş briqadası yerləşdiriblər.

Müdafiə büdcəsi qanununda Ukraynanın təhlükəsliyinə, döyüş silahları daxil 350 milyon dollar xərclənmöəsini nəzərdə tutur. Hərbi büdcəyə döyüş silahlarının daxil edilməsi Ukraynanın illərdən bəri gözlədiyi addımn idi.

Bu qanunda habelə yaralı Ukrayna əsgərlərinin ABŞ hərbi hospitallarında müalicəsi nəzərdə tutulur.

Rusiyanın Soyuq Müharibənin əsas müqavilələrindən birinə zidd olaraq yeni qitələrarası ballistik raket tikməsi barədə iddialardan hiddətlənən respublikaçı millət vəkilləri ABŞ müdafiə qanununa analoji raketin tikintisini əlavə ediblər.

Rusiya bildirib ki, Birləşmiş Ştatlar bu raketin istehsalı barədə qərarın icrasına başlasalar, bu, 1987-ci il Ortamənzilli Nüvə Raket Qüvvələri barədə müqavilənin sonu olacaq.

Ötən həftə Dövlət Departamenti bildirmişdi ki, administrasiya “adi, yer əsaslı, ortamənzilli raket sistemləri” variantlarını və Rusiyanın sözü gedən razılaşmanı pozmasına başqa cavab tədbirlərini nəzərdən keçirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG