Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:04

Trump haker hücumları barədə hesabat yayacağını deyir


Donald Trump mətbuat konfransı zamanı, Nyu York, 11 yanvar 2017

ABŞ-ın yeni seçilmiş prezidenti Rusiyanın onun haqqında kompromatlar toplaması haqda deyilənləri qətiyyətlə rədd edir.

“Amerikanın səsi” radiostansiyası xəbər verir ki, D. Trump inauqurasiyadan sonrakı 90 gün ərzində seçkilər zamanı haker hücumları barədə deyilənlərlə bağlı yeni hesabat təqdim edəcəyinə söz verib.

Trump: “Rusiya deyir ki, belə şey olmayıb”

Rusiyanın bu məsələdən xəbərinin olmaması haqda iddialarına istinad edən Trump öz “siyasi rəqiblərini” və “kəşfiyyatı” onunla bağlı kompromatlardan ibarət məlumatlar əsasında quraşdırılmış hesabatlar hazırlamaqda və onları yaymaqda ittiham edib.

“Faktlar tamamilə alçaq siyasi texnoloqlar tərəfindən uydurulub, həm demokratlar, həm də respublikaçılar tərəfindən. Bunlar saxta xəbərlərdir! Rusiya deyir ki, belə bir şey olmayıb. Ola bilər, onları açıqlayan “kəşfiyyat” heç bir sübutun olmadığını və olmayacağını əvvəlcədən bilib. Mənim adamlarım kiber hücumlarla bağlı 90 gün içində dolğun hesabat təqdim edəcəklər”.

Daha öncə ABŞkəşfiyyatı başda prezident Vladimir Putin olmaqla, Rusiya hakimiyyətinin ABŞ-dakı seçkiöncəsi prosesə müdaxilə etdiyini müəyyənləşdirmişdi, yanvarın 11-də keçirdiyi mətbuat konfransında Donald Trump da bu xəbəri təsdiqləyib. Hərçənd yeni seçilmiş prezident Rusiyanın əlində onunla bağlı kompromat informasiyalar olması haqda deyilənləri qətiyyətlə rədd edib.

“Moskvaya səfərlərinin birində...”

Rusiya, Kreml
Rusiya, Kreml

Başa vurmaqda olduğumuz həftə BuzzFeed internet-saytı Donald Trumpın Moskvaya səfərlərindən birində özünü uyğun şəkildə aparmamasıyla bağlı sənəd yaymışdı. Sayt həmçinin bildirirdi ki, Rusiya hökuməti uzun illər ərzində Trump-ı “dəstəkləyib və kömək edib”.

Bütün bunlardan başqa, hesabatda hələ təsdiqini tapmayan məlumata görə, Trump-ın vəkillərindən biri olan Michael Cohen ötən ilin avqustunda Çexiyada Rusiyanın əməliyyatçıları ilə görüşüb. Yeri gəlmişkən, o, Rusiya rəhbərliyi ilə nyu-yorklu maqnat arasındakı gizli əlaqələrdə mərkəzi fiqur kimi dəyərləndirilir.

Cohen isə öz növbəsində amerikalı jurnalistlərə heç zaman Çexiyada olmadığını bildirib. Eyni zamanda, çex kəşfiyyatçıları bəyan ediblər ki, onun ölkənin hər hansı aeroportunda qeydiyyatdan keçməsi haqda məlumat yoxdur.

Yeni seçilmiş prezident Donald Trump bu hesabatı “saxta” adlandırıb.

Kəşfiyyat rəhbəri də danışdı

James Clapper, Milli Təhlükəsizlik Sammiti, 7 sentyabr 2016
James Clapper, Milli Təhlükəsizlik Sammiti, 7 sentyabr 2016

ABŞ Milli kəşfiyyatının rəhbəri James Clapper yanvarın 11-də bəyan edib ki, o, Trump-a sənədlərin tərtib edilməsində kəşfiyyat qurumlarının iştirakı barədə məlumat verib. Söhbət Rusiyanın ABŞ-ın yeni seçilmiş prezidenti barədə kompromat materiallara malik olduğunu təsdiqləyən sənədlərdən gedir.

Yeni seçilmiş prezident yanvarın 13-də bu barədə “Twitter” hesabında Clapper-in “qanunsuz olaraq yayımlanan yalan və saxta hesabatı” pislədiyini yazıb. "Uydurulmuş, saxta faktlardır. Çox təəssüf!” – Trump əlavə edib.

XS
SM
MD
LG