Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Trump-la Erdogan İran, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər


Donald Trump və Receb Tayyip Erdogan
Donald Trump və Receb Tayyip Erdogan

ABŞ prezidenti Donald Trump-la Türkiyə prezidenti Racep Tayyip Erdogan telefonla İran, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

AzadlıqRadiosunda olan məlumata görə, bu barədə ayrılıqda hər iki prezidentin adminstrasiyası məlumat yayıb.

Amma hər tərəflər danışıqların detalları barədə hələlik ətraflı məlumat verməyiblər.

Qeyd edək ki, İranın yanvarın 8-də Tehranda Ukraynanın sərnişin təyyarəsini raketlə vurmasından sonra Qərblə İran arasında münasibətlər daha da gərginləşib. Həmçinin buna etiraz olaraq İranda kütləvi aksiyalar keçirilir. Aksiyaçılar hakimiyyəti xalqa yalan satmaqda ittiham edir.

Qeyd edək ki, öncə təyyarənin vurulduğunu inkar edən İran hakimiyyəti sonradan etiraf elədi ki, onu ölkənin hava hücumlarından müdafiə qüvvələri səhvən vurub.

Bu arada verilən məlumata görə isə Almnaiya kansleri Angela Merkel yanvarın 19-da Berlində Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və İtaliya liderlərinin iştirakı ilə Liviyadakı silahlı münaqişəni müzakirə etməyi planlaşdırır.

BMT-nin baş katibi Antonio Gutteres-də bu görüşə qatılmalıdır.

Qeyd edək ki, hazırda Liviyada, beynəlxalq aləm tərəfindən tanın Tripoli hökuməti və Rusiyanın dəstəklədiyi general Khalifa Haftar-ın orduları arasında savaş gedir.

Türkiyə bu münaqişədə Tripoli hökumətinin tərəfini saxlayır.

Bu günlərdə Rusiya və Türkiyənin təşəbbüsü ilə Moskvada keçirilən Liviya danışıqları heç bir nəticə verməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG