Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Trump sərhədə divar çəkilməsini əngəlləyən qərardan şikayət verəcək


ABŞ prezidenti Donald Trump, Vaşinqton, 20 iyun, 2019
ABŞ prezidenti Donald Trump, Vaşinqton, 20 iyun, 2019

ABŞ prezidenti Donald Trump, Meksika ilə sərhədə divar çəkilməsinin maliyyələşdirilməsi ilə bağlı federal məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini deyib.

Məhkəmə bu məqsəd üçün administrasiyaya 2,5 milyard dollar ayrılmasını qadağan edib.

Həmin məbləğ, narkotik qaçaqçılığ ilə mübarizə fondundan ayrılmalı imiş.

Qeyd edək ki, Meksika ilə sərhədə divar və ya sədd çəkilməsi prezident Donald Trump-ın seçkiqabağı əsas vədlərindən biri idi.

Amma Konqres buna lazımınca vəsait ayrılmasından imtina edir.

Trump deyir ki, məqsədi qanunsuz miqrasiya və narkotik qaçaqçılığının qarşısını almaqdır.

Ağ ev bu ilin fevralında sərhəd zonasında fövqəladə vəziyyət elan etdi və bu, Trump administrasiyasının müxtəlif fontlardan bu məqsədə 6,7 milyard dollar yönəltməsinə imkan yaratdı.

Kaliforniya da daxil olmaqla bir sıra ştatlar və qeyri-hökumət təşkilatları bu qərara etiraz elədi.

Kaliforniyanın Oklend məhkəməsi iyunun 28-də Daxili işlər nazirliyinə məxsus vəsaitin bu məqsədə yönəldilməsinin qanunsuz olması barədə qərar qəbul edib.

Amerikanın səsi radiosunun məlumatına görə, bu şikayəti Kaliforniya 20 ştatın adından verib.

Buna da bax: San-Fransisko məhkəməsi Trump-ın immiqrasiya təşəbbüsünü müvəqqəti dəstəkləyib

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG