Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:14

San-Fransisko məhkəməsi Trump-ın immiqrasiya təşəbbüsünü müvəqqəti dəstəkləyib


Donald Trump sərhəddə aparılan tikinti işləri ilə tanış olur, 5 aprel 2019, Kaliforniya.
Donald Trump sərhəddə aparılan tikinti işləri ilə tanış olur, 5 aprel 2019, Kaliforniya.

San-Fransisko dairə məhkəməsi prezident Donald Trump-ın immiqrasiya təşəbbüsünü əngəlləyən birinci instansiya məhkəməsinin qərarını ləğv edib.

Trump istəyir ki, ABŞ-dan sığınacaq istəyən Latın Amerikası ölkələrindən olan miqrantlar avtomatik ölkəyə buraxılmamalı və müraciətlərinə Meksikada oturub cavab gözləməlidirlər. Məhkəmənin bu qərarı indi bunun təcrübədə həyata keçirilməsinə müvəqqəti icazə verir.

Trump hökumətinin bu qərarı yanvarın 1-dən qüvvəyə minib.

Bu müddət ərzində Meksikaya, ABŞ-dan sığınacaq istəyən1323 adam qaytarılıb.

Donald Trump ölkənin cənub sərhədində yaranmış vəziyyətin fövqəladə hal aldığını deyir.

Donald Trupm bu günlərdə Meksika sərhədində aparılan tikinti işləri və təhlükəsizliyin necə təmin edilməsi ilə tanış olub.

Qeyd edək ki, sərhədə divar çəkilməsi Trump-ın seçkiqabağı əsas vədlərindən biri idi.

Amma sonradan o bu divarı, xüsusi sədlərlə əvəz etmək qərarına gəldi.

ABŞ prezidenti hesab edir ki, Birləşmiş Ştatlarda sığınacaq axtaranların çoxu qanunsuz cinayətkar qrupların üzvləridirlər.

Onun Meksika ilə sərhədə divar çəkmək planı Nümayəndələr palatası və Senatın özün də də tənqidlərlə qarşılandı və Konqres bu məqsəd üçün nəzərdə tutulan vəsaiti ayırmaqdan imtina elədi.

Nəticədə ötən il dekabrın sonlarından başlayaraq hökumət 35 gün bağlandı və bu ABŞ-ın tarixində ən uzun belə böhran oldu.

Amma sonradan ölkə büdcəsi divara vəsait ayrılmadan razılaşdırıldı və hökumət açıldı.

Demokratlar divara çəkilən xərci məsrəfçilik hesab edirlər.

Trump-ın sərhəddəki səddin tikintisinə xərcləmək istədiyi 8 milyard dolların 1, 3 milyardı Konqres tərəfindən ayrılıb, lakin bu, prezidentin 377 kilometrlik divar üçün istədiyi 5, 7 milyard dollardan çox azdır.

Pulun qalanı icra hakimiyyəti sərəncamı ilə Pentaqonun tikinti büdcəsindən və narkotik maddələrin müsadirəsindən gəlməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG