Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:31

Seçki proqnozları niyə daha düz çıxmır?


ABŞ. Michigan seçki məntəqəsi, 19Dek2016
ABŞ. Michigan seçki məntəqəsi, 19Dek2016

Bir çox rəy sorğusu ABŞ-dakı prezident seçkilərinin və Brexit-lə bağlı referendumun nəticələri barədə yanlış proqnozlar ortaya qoyandan bəri bu sahəyə inam sarsılıb.

Siyasi rəy sorğuları keçirən qurumlar üçün 2016-cı il yanlış proqnozlar və nüfuzun ciddi laxlaması ili oldu.

Böyük Britaniya və ABŞ-da peşəkar sorğu assosiasiyaları bu qədər nəticənin yanlış proqnozlaşdırılmasının səbəblərini araşdırmağa başlayıblar.

Amerika İctimai Rəy Araşdırma Assosiasiyası bütün əsas rəy sorğularının yanlış olaraq Hillary Clinton-un qələbəsini proqnozlaşdırmasının səbəblərini təhlil edir.

Buna da bax:​ Parlamentdə ABŞ-dakı seçkilərdən danışıblar

Britaniya Sorğu Şurası isə üzvlərinin Brexit referendumunun nəticələrini yanlış proqnozlaşdırmasının səbəblərini araşdırır.

Nəticələr gələn ilin mayında bilinəcək

Britaniyanın peşəkar ictimai əlaqələr cəmiyyəti sayılan İctimai Əlaqələr və Kommunikasiya Assosiasiyası (PRCA) dərc etdiyi nəticələrdə siyasi proqnozlara ictimai etimadın itirilməsindən söz açır.

Donald Trump
Donald Trump

Sözügedən tədqiqatın nəticələri hələ gələn ilin mayında məlum olacaq. Ancaq sorğu mütəxəssisləri indidən potensial problemləri müəyyənləşdirməyə çalışırlar.

Seçki kampaniyasının gedişində Trump dəfələrlə meynstrim medianı özünə qarşı "qərəzli" olmaqda, əksər rəy sorğularını görməzdən gələrək "yalançı rəqəmlər" nümayiş etdirməkdə suçladı (“meynstrim media” deyərkən, ictimai rəyə hakim media, daha çox imkan və auditoriyası olan, daha geniş yayılan media nəzərdə tutulur – red.).

Buna da bax:​ Facebook-un həmtəsisçisi də Trump-a qarşı çıxdı

“Cavabsızlıq qərəzi”

Richard Wike, "Pew" sorğu mərkəzinin direktoru
Richard Wike, "Pew" sorğu mərkəzinin direktoru

Vaşinqtonda yerləşən tərəfsiz "Pew" Tədqiqat Mərkəzi bildirir ki, Trump tərəfdarları arasında mediaya və medianın rəy sorğularına inamsızlıq onların telefon və yeni onlayn texnologiyalar vasitəsilə keçirilən sorğulara cavab verməməsinə səbəb ola bilərdi. Alimlər buna "cavabsızlıq qərəzi" deyirlər.

Daha öncə aparılan tədqiqat üzə çıxarıb ki, təhsil səviyyəsi nisbətən aşağı olan ağdərili seçicilər telefon sorğularını cavablandırmağa daha az meylli olurlar. Təhsil səviyyəsi aşağı olan ağdərililərin 2016-cı ildə, əsasən, Trump-ı dəstəklədikləri isə danılmazdır.

“Susan çoxluq”

Tədqiqat nəticələri onu da göstərir ki, keçmişdə səsverməyə davamlı qatılmayan, yaxud heç səs verməyən adamlar sorğuları cavablandırmağa meylli olmurlar.

Buna da bax: Clinton 'Trump-ın səslərini' təkrar saymaq kampaniyasına qoşulur

ABŞ-da prezident seçkilərindən cəmi bir həftə öncə - sorğuların Clinton-un qələbə çalacağını bildirdiyi vaxtda, respublikaçı kampaniya əməkdaşları çox sayda "gizli Trump seçicisi"nin sorğuda Trumpı dəstəklədiyini etiraf etmədiyini israrla vurğulayırdı.

Bəzi tənqidçilərin fikrincə, bu "utancaqlıq" sosial mediada Trump tərəfdarlarına göstərilən münasibətdən qaynaqlana bilərdi.

ABŞ-ın sabiq prezidenti Richard Nixon hələ 1969-cu ildə buna bənzər anlayışı açıqlarkən, "susan çoxluq" deyimindən yararlanmışdı. O bu ifadə ilə özünü dəstəkləyən, amma rəyini açıq bildirməyən seçiciləri nəzərdə tuturdu.

Utancaq Trump seçiciləri?

"Pew" Tədqiqat Mərkəzinin vitse-prezidenti Claudia Deane deyir ki, hazırda Amerika Sorğuçular Assosiasiyası həmin bu "utancaq Trump seçiciləri hipotezi"ni araşdırmaqla məşğuldur. Düzdür, onun şəxsən özü bu məsələyə skeptik yanaşır.

Buna da bax:​ Trump milyonlarla seçicinin qanunsuz səs verdiyini deyir

Maraqlıdır ki, Britaniyada da sorğu şirkətləri 1992 və 2015-ci illərdə müşahidə olunmuş seçki davranışını açıqlamaq üçün "utancaq Tori (Tory) amili" terminindən yararlanırlar (Britaniyada mühafizəkarların digər adı Toridir).

Bəziləri 2016-cı ilin Breksit referendumundan öncə də “utancaq Tori amili"nin mövcud olduğunu deyirlər. Ancaq Britaniya Sorğu Şurasının prezidenti John Curtice deyir ki, bunu iddia edə bilmək üçün yetərincə dəlil yoxdur.

Seçki məntəqələrinin qarşısında keçirilən ekzit pollar, adətən, daha düzgün nəticə verir, çünki bu halda artıq səs vermiş insanların rəyi öyrənilir.

Seçkilərdə iştirak səviyyəsi az göstərilib?

Seçki öncəsi keçirilən sorğular hətta bəzi qrupların seçkidə iştirak səviyyəsini də yanlış proqnozlaşdırıb. Məsələn, səsvermə məntəqələrinə gedərək səs verən Trump tərəfdarlarının sayı əslində olduğundan az göstərilib.

Buna da bax:​ ABŞ Seçici Kollegiyası bilgi istəyir

Amma tam tərsinə, sorğularda özünü Clinton tərəfdarı adlandıranların seçkidə iştirak faizi əslində olduğundan yüksək proqnozlaşdırılıb. Bundan başqa, Clinton-un latın amerikalılarından, qadınlardan və Afrika kökənli amerikalılardan aldığı səslərin sayı da sorğu nəticələrində göstərildiyindən az olub.

ABŞ-da seçki zamanı bülletenlərin sayılması prosesi
ABŞ-da seçki zamanı bülletenlərin sayılması prosesi

Ancaq ABŞ-da prezidenti birbaşa ümummilli səsverməyə qatılanlar deyil, Seçki Kollegiyası seçir. Bu halda hər ştatda kimin qalib gələcəyini düzgün proqnozlaşdırmaq üçün hansı amillərə baxılmalıdır?

Hətta bu halda da ən önəmli ştatlarda - Pensilvaniya, Miçiqan və Viskonsində, demək olar, bütün əsas sorğular yanlış proqnozlarla yekunlaşıb.

Buna da bax: 'Seçkiyə bir də qatılsaydım, Trump-a qalib gələrdim' – Obama

Ancaq Deane deyir ki, bütün əsas sorğuların 9 doqquz "yelləncək ştatda" (bir qayda olaraq, nəticələri əvvəlcədən bilinməyən ştatlara belə deyilir) eyni istiqamətdə yanılması bunun sistem problemi olduğunu göstərir.

“0-100” şkalası?

Cənubu Kaliforniya Universiteti ilə "Los Angeles Times" qəzetinin birgə keçirdiyi sorğu Trump-ın qələbəsini düzgün proqnozlaşdıran yeganə əsas sorğu sayıldı.

Sorğunun rəhbəri, Cənubi Kaliforniya Universitetinin Dornsife adına sorğu mərkəzinin direktoru Arie Kapteyn deyir ki, onların qeyri-adi metodologiyası "mümkün seçiciləri" müəyyənləşdirməyə kömək edib.

Buna da bax:​ Brexit martın sonlarından başlayacaq

Bu sorğu zamanı respondentlərdən kimə səs verəcəkləri soruşulmayıb. Onlardan “0 – 100” şkalasında namizədlərdən hər birinə səs vermək ehtimalını dəyərləndirmələri istənilib.

Deane-in sözlərinə görə, sorğu keçirənlər sorğulara etimadın təhlükədə olduğunu anlayırlar.

Gələn ilin mayını gözləyirlər

Bu səbəbdən, istər ABŞ-da, istərsə Britaniyada rəy sorğusu mütəxəssisləri peşəkar assosiasiyaların apardığı tədqiqatların 2017-ci ilin mayında dərc ediləcək nəticələrini gözləyirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG