Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:37

Trump-ın köməkçisi Moskvaya gedib


Carter Page
Carter Page

ABŞ prezidenti seçilən Donald Trump-ın müşaviri Carter Page (Karter Peyc) Moskvada səfərdədir.

Carter RİA-Novostiyə bildirib ki, səfər çərçivəsində biznesmenlər və ideyalı siyasətçilərlə bir sıra görüşləri nəzərdə tutulur.

O, dekabrın 13-dək Moskvada qalacağını bildirib.

Carter Page bundan əvvəl bildirmişdi ki, yeni ABŞ prezidenti seçilmiş Donald Trump administrasiyasına ABŞ-Rusiya münasibətlərinin potensialına inanan insanlar lazımdır.

O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinə etibar etmədən, iki ölkə arasında dialoq mümkün deyil.

Carter Page əvvəllər Amerikanın sərmayə banklarından olan “Merrill Lynch”un Moskva bölməsində çalışıb.

ABŞ mətbuatı 2016-cı ilin iyulunda onun Moskvaya səfərini şərh edərkən, diqqəti, tələbələr və jurnalistlər qarşısında ABŞ-ın Rusiya siyasətini tənqid eləməsinə çəkmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG