Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 23:29

Trump-ın London səfəri qüvvədə qalır


Donald Trump-a ilk etiraz mitinqi Londonda ABŞ səfirliyinin qarşısında yanvarın 20-də keçirilmişdi

Britaniyada ABŞ prezidenti Donald Trump-ın Londona dövlət səfərinin ləğv olunmasını tələb edən petisiyanı milyondan artıq insanın imzalamasına, paytaxt və başqa şəhərlərdə ABŞ prezidentinin “müsəlman qadağanına” etiraz olaraq keçirilən mitinqlərə on minlərlə adamın qoşulmasına baxmayaraq bu səfər qüvvədə qalır.

Bundan əvvəl, yanvarın 20-də Londonda Donald Trump-a etiraz edənlərin izdihamlı nümayişi keçirilmişdi.

Reuters agentliyi bildirir ki, bu barədə bəyanat verən baş nazir Theresa May deyib ki, Avropa İttifaqını tərk etməkdə olan Britaniya Vaşinqtonla daha sıx münasibətlər qurmağa çalışır.

Baş nazir May Donald Trump-ı ötən həftə Vaşinqtona səfəri zamanı Britaniyaya rəsmi dövlət səfərinə kraliça 2-ci Elizbeth-in adından dəvət edib.

Buna baxmayaraq Theresa May bu səfəri ləğv etməsi üçün getdikcə artan təzyiqlərlə üzləşir.

Britaniya parlamentinin internet saytında Trump-ın Britaniyaya səfərinin qadağan edilməsinə çağıran petisiyanı təxminən 1 milyon yarım insan imzalayıb.

Petisiyada deyilir ki, Donald Trump Britaniyaya ABŞ dövlət başçısı kimi rəsmi səfər edə bilər, lakin bunun dövlət səfəri olmasına yol verilməməlidir.

Bu arada Britaniyanın xarici işlər naziri Boris Johnson bu məsələ ilə bağlı millət vəkillərinin kəskin suallarını cavablandırmalı olub.

Lakin Johnson deyib ki, Britaniyanın ən yaxın müttəfiqi olan bir ölkənin başçısının Londona dövlət səfəri etməsi tam qanunauyğundur.

Dövlət səfərinin ləğv edilməsinə təkcə müxalif leyboristlər və liberal-demokratlar yox, həmçinin bir sıra mühafizəkarlar çağırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG