Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:21

Avropa və Trump bir sıra məsələlərdə ortaq məxrəcə gələ bilməyiblər


Avropa Şurasının prezidenti Donald Tusk (solda) və ABŞ prezidenti Donald Trump Brüsseldə görüşüblər
Avropa Şurasının prezidenti Donald Tusk (solda) və ABŞ prezidenti Donald Trump Brüsseldə görüşüblər

Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, ABŞ prezidenti Donald Trump və Avropa İttifaqının rəhbərliyi Brüsseldə keçirilən görüşdə bir sıra məsələlər barədə ortaq məxrəcə gələ bilməyiblər.

Tusk deyib ki, antiterror mübarizəsi əməkdalığı kimi sahələrdə yekdillik olsa da, iqlim və ticarət kimi bir sıra məsələlər açıq qalır.

AzadlıqRadiosunun müxbiri Rikard Jozwiak yazır ki, Trump özünün ilk xarici səfəri əsnasında Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker, Aİ-nin xarici işlər komissarı Federica Mogherini və Avropa Parlamentinin rəhbəri Antonio Tajani ilə görüşlər keçirib.

Bu görüşlər Britaniyanın Mançester şəhərində törədilmiş və 22 nəfərin həyatına son qoymuş bomba partlayışından bir neçə gün sonraya təsadüf edirdi.

Avropa İttifaqının liderləri bu görüşdə Trump-dan Avropaya dair aydın mövqe ifadəsi gözləyirdilər, beləki ABŞ prezidenti hələ seçki kampaniyası dövründə Britaniyanın Avropadan ayrılmaq qərarını alqışlamışdı.

Tusk görüşdən sonra deyib ki, mənim prezident Trump-a mesajım sadə idi: Bizim əməkdaşlığımızın və dostluğumuzun ən dərin mənası azadlıq, insan haqları və insan ləyaqətinə ehtiram kimi təməl Qərb prinsipləridir.

Tusk deyib ki, hazırda ən böyük vəzifə bütün azad dünyanı, maraqların deyil, məhz bu dəyərlərin ətrafında sıx birləşdirməkdir.

Onun fikrincə, Avropa və Amerika bütün dünyaya bunu elan etməlidirlər.

Trump-ı bu görüşdə müdafiə naziri Jim Mattis, dövlət katibi Rex Tillerson və milli təhlükəsizlik müşaviri H.R. McMaster müşayiət edirdilər.

İclasda iştirak etmiş mənbənin verdiyi məlumata görə Trump Brexit-ə görə ABŞ-da işsizlik olacağından narahatlıq ifadə edib.

Tusk deyib ki, o və ABŞ prezidenti Ukraynaya dair eyni mövqedən çıxış etsələr də, eyni həmrəyliyi Rusiyaya münasibətdə görə bilməyib.

NATO alyansı rəhbərlərinin Brüsseldə keçirilən görüşündə Donald Trump terrora qarşı mübarizənin, habelə immiqrasiya və Rusiyadan qaynaqlanan təhlükənin əsas məsələlər olduğunu deyib.

Bununla belə, Trump həmişə olduğu kimi üzv ölkələri NATO qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirməyə çağırıb.

Hazırda mövcud olan razılaşmaya əsasən 27 NATO üzvlərinin hamısı 2024-cü ilədək öz ümumi daxili məhsullarının 2 faizini öz müdafiə sistemlərinə xərcləməlidir.

Hazırda bu razılaşmanı yalnız Britaniya, Estoniya, Yunanıstan, Polşa və ABŞ yerinə yetirir.

Prezident Trump bu görüşdə NATO nizamnaməsinin 5-ci maddəsi məsələsinə toxunmayıb. Bu maddə bir NATO üzvü təcavüzə məruz qaldıqda bütün alyansın onun müdafiəsinə qalxmasını tələb edir.

Bu barədə Vaşinqtonda jurnalistlərin suallarına cavab verən Ağ Ev sözçüsü Sean Spicer deyib ki, 5-ci maddənin son dərəcə mühümlüyünü ayrıca qeyd etməyə ehtiyac yoxdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG