Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:13

Trump Warmbier-ə görə Şimali Koreyaya 2 milyon dollar ödənməsinə sərəncam verib


Otto Warmbier Şimali Koreyada 2016-cı ilin yanvarında həbs olunmuşdu.
Otto Warmbier Şimali Koreyada 2016-cı ilin yanvarında həbs olunmuşdu.

ABŞ prezidenti Donald Trump Şimali Koreyada məhbus olmuş mərhum amerikalı tələbə Otto Warmbier-in tibbi xərclərinin qarşılanması məqsədilə Pxenyana 2 milyon dollar ödənməsi barədə qərarı təsdiqləyib.

The Washington Post qəzeti aprelin 25-də yazıb ki, Şimali Koreya bu ödəniş tələbnaməsini 22 yaşlı amerikalının Birləşmiş Ştatlara qaytarılmasından az əvvəl, 2017-ci il, iyunun 13-də təqdim etmişdi.

Birləşmiş Ştatlara komatoz vəziyyətdə gətirilən tələbə huşuna qayıtmadan 6 gün sonra vəfat edib.

2017-ci ilin sonunda bu pul hələ ödənməmiş qalırdı.

Ağ Evin mətbuat katibi Sarah Sanders The Washington Post qəzetinə deyib ki, "biz girovlara dair danışıqlar barədə şərh vermirik və bu administrasiya dövründə belə danışıqların uğurunu da bu təmin edib”.

Warmbier Şimali Koreyaya turist kimi getmiş və orada 2016-cı ilin yanvarında həbs olunmuşdu.

Onu yaşadığı oteldəki təbliğat plakatlarından birini oğurlamaqda ittiham edərək 15 il müddətinə azadlıqdan məhrum etmişdilər. O Şimali Koreya həbsxanasında 17 ay keçirmişdi.

Warmbier-in məruz qaldığı beyin zədəsi sonadək müəyyənləşdirilməmişdi. Şimali Koreya israr edirdi ki, o donuz əti və ispanaq yedikdən sonra xəstələnib və onun orqanizmi keyləşdirici dərmanlara allergiya reaksiyası verib.

2018-ci ilin dekabrında ABŞ məhkəməsi “Otto Warmbier-ə işgəncə verilməsi, onun girov götürülməsi və qanunsuz öldürülməsinə görə” Şimali Koreyanın 501 milyon dollar cərimə ödəməli olduğu barədə qərar çıxarıb.

Trump Pxenyanın öz nüvə və raket silahlarından əl çəkməyə təhrik edilməsi üçün Şimali Koreya ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlik siyasət yürüdür.

Şimali Koreya lideri Kim Jong Unla sammitlərinin birindən sonra Trump demişdi ki, Kim Warmbier-in başına gələnlərə görə “təəssüf hissi” keçirir:

"O mənə deyib ki, bu işdən xəbəri olmayıb, mən də onun sözünə inanmışam”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG