Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:19

ABŞ məhkəməsi tələbənin ölümünə görə Pxenyana 501 milyon dollar cərimə kəsib


Otto Frederick Warmbier 2016-cı ilin martında həbs edilmişdi
Otto Frederick Warmbier 2016-cı ilin martında həbs edilmişdi

Vaşinqton məhkəməsi 2017-ci ilin iyununda Şimali Koreyada həbsxanadan azad edildikdən az sonra ABŞ-da vəfat etmiş kollec tələbəsi Otto Warmbier-in ailəsinə dəymiş ziyanın qarşılanması üçün Pxenyana 501 milyon dollar məbləğində cərimə kəsib.

Dekabrın 24-də verilmiş bu hökm simvolik xarakter daşıyır, çünki Şimali Koreyanın belə cərimələri ödəməsinin mexanizmi yoxdur.

Lakin bu məhkəmə hökmü iki ölkə arasında münasibətləri yaxşılaşdırmağa can atan prezident Donald Trump-ın səylərinə ciddi əngəl ola bilər.

Warmbier ailəsi onlara dəyən maddi ziyana görə 1, 05 milyon dollar, mənəvi iztirablara görə isə 46 milyon dolların ödənməsini istəmişdi.

Warmbier Şimali Koreyada 2016-cı ildə oraya qrup tərkibində səyahət edərkən həbs olunmuşdu.

Otto Warmbier vətəninə qaytarıldıqdan 6 gün sonra vəfat edib
Otto Warmbier vətəninə qaytarıldıqdan 6 gün sonra vəfat edib

2016-cı ilin martında Şimali Koreya məhkəməsi onu 15 il müddətinə katorqa şəraitli həbsxana cəzasına məhkum etmişdi.

O qaldığı oteldə təbliğat lövhəciklərindən birini oğurlamaqda ittiham olunmuşdu. Keçmiş tələbə Birləşmiş Ştatlara komatoz vəziyyətdə gətirilmiş, 2017-ci ilin iyununda özünə gəlmədən vəfat etmişdi.

Warmbier ailəsinin məhkəməyə təqdim etdiyi ərizədə övladlarının həbsxanada ikən məruz qoyulduğu məşəqqətlərdən söz açılırdı. Birləşmiş Ştatlara qaytarılarkən o artıq kar və kor olmuşdu. Məhkəmə ekspertləri bunun onun məruz qaldığı elektroşok işgəncələrinin nəticəsi olduğu qərarına gəlmişdilər.

Warmbier ailəsi məhkəmə qərarından sonra bildirib ki, məhkəmə onların 22 yaşlı övladının ölümünə görə Şimali Koreya lideri Kim Jong Un-u “mənəvi və hüquqi” baxımdan məsul tanıyıb.

Şimali Koreya bu məhkəmə qərarı ilə bağlı heç bir reaksiya verməyib. Pxenyan bundan Warmbier-in qidalanmadan zəhərləndiyinə və yuxu dərmanları qəbul etdiyinə görə xəstələndiyini bildirirdi.

Bu məhkəmə qərarı Birləşmiş Ştatlarla Şimali Koreya arasında Pxenyanın nüvə və raket proqramlarının ləğvi üçün çətin danışıqların davam etdiyi bir vaxta təsadüf edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG