Keçid linkləri

2026, 21 Yanvar, çərşənbə, Bakı vaxtı 11:10

Tramp: ABŞ Davosda Qrenlandiyanı əldə etməkdən danışacaq


Donald Tramp
Donald Tramp

Prezident Donald Tramp deyir ki, Birləşmiş Ştatlar bu həftə Davosda Dünya İqtisadi Forumunda Qrenlandiyanı əldə etməkdən danışacaq, çünki Danimarka bu ərazini qoruya bilmir.

"Biz bunu əldə etməliyik. Onlar bunu etməlidirlər. Onlar bunu qoruya bilmirlər, danimarkalılar gözəl xalqdır. Bu liderləri tanıyıram, yaxşı adamlardır, amma heç ora getmirlər", – Tramp yanvarın 19-da Floridada jurnalistlərə deyib.

Tramp Qrenlandiyaya nəzarətlə bağlı cəhdlərini Nobel Sülh Mükafatını qazana bilməməsi ilə əlaqələndirib. O deyib ki, artıq yalnız sülh haqqında düşünmür.

Bu arada ada ətrafında gərginlik Avropa ilə ticarət müharibəsi təhlükəsi yaradıb.

Tramp "NBC News"a müsahibəsində Qrenlandiyanı ələ keçirmək üçün gücə əl atıb-atmayacağı haqda suala birbaşa cavab verməyib. Amma razılaşma əldə olunmazsa, bir daha Avropa ölkələrini rüsumlarla hədələyib.

Tramp yanvarın 18-də Norveçin baş naziri Yonas Qar Störeyə mesajında yazıb: "Səkkiz müharibəni DAYANDIRMAĞIMA baxmayaraq, ölkənizin mənə Nobel Sülh Mükafatını verməmək qərarını nəzərə alaraq, artıq yalnız sülh haqqında düşünmək öhdəliyi hiss etmirəm. Sülh hər zaman əsas olacaq, amma indi Amerika Birləşmiş Ştatları üçün yaxşı və düzgün olan məsələlər barədə düşünə bilərəm".

Störe Finlandiya prezidenti Aleksandr Stabb ilə ilkin mesaj göndərib, gərginliyin azaldılmasına çağırıbmış. Yarımca saatdan sonra Trampdan cavab gəlib.

Ötən il Norveçin Nobel Komitəsi 2025-ci il üçün Nobel Sülh Mükafatını Venesuela müxalifətinin lideri Mariya Korina Maçadoya verib. O isə ötən həftə həmin mükafatı Ağ evdə Trampa təqdim edib.

Tramp yanvarın 17-də Aİ-nin bəzi üzvlərini fevralından 1-dən tarifləri artırmaqla hədələyib. O, ABŞ-nin 57 min nəfərli əhalisi olan Qrenlandiyanı almaq istədiyini bildirir. Danimarka və Qrenlandiya isə adanın satışa çıxarılmadığını bildirirlər.

XS
SM
MD
LG