Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 19:18

Tramp Ayovada praymeriz seçkilərini udur 


Donald Tramp
Donald Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp (Donald Trump) Ayova ştatında “kokus” adlanan praymeriz seçkilərinin qalibi olub. Bu seçkilərdə Respublikaçı partiyasından prezidentliyə namizəd seçilir.

İlkin nəticələrə görə, yanvarın 15-də gecə Tramp 50 faizindən azacıq çox səs yığıb. Səslərin sayılması prosesi davam edir. İkinci yer uğrunda Floridanın qubernatoru Ron Desantislə (Ron DeSantis) ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli (Nikki Haley) arasında mübarizə gedir.

Ayovadakı səsvermə ilə bir neçə ay çəkəcək ilkin partiya seçkilərinə start verilib. İyul və avqustda bitəcək seçkilər Respublikaçı və Demokrat partiyalarının konfransları ilə başa çatacaq. Elə də böyük olmayan, kənd təsərrüfatı ştatı Ayovanın elektoratı ümumilikdə ABŞ üçün reprezentativ sayılmır.

'Bezdim, istəmirəm' - Azərbaycanlılar seçkiyə niyə getmir?
Gözlə

No media source currently available

0:00 0:05:45 0:00

İkinci yerin qalibi kim olacaq

Rəy sorğularına görə, Tramp Respublikaçı partiyasından nominasiya uğrunda mübarizədə rəqiblərini xeyli qabaqlayırdı və onun Ayovada qələbəsi gözlənilən idi. Bu ştatda seçkinin nəticələri Desantis və Heyli üçün daha əhəmiyyətli sayılır. Bu yaxınlaradək respublikaçılar arasında reytinqinə görə Trampdan sonra ikinci olan Desantis son vaxtlar geriləyir, Heylinin reytinqi yüksəlir.

Müşhidəçilərin fikrincə, prezidentliyə namizədlik yarışında Trampın real rəqibinə çevrilmək üçün Desantis ikinci yeri tutumalıdır.

Bu arada Heylinin digər ştatlarda da reytinqi artır. Ayovada yaxşı nəticə onu Trampın əsas rəqibinə çevirə bilər.

Bu il Demokrat partiyası Ayoavda seçki keçirməyib. Demokrat seçicilər poçtla səs verəcək, nəticələr martın 5-də elan ediləcək. Növbəti praymeriz seçkiləri yanvarın 23-də Nyu-Hempşirdə olacaq.

XS
SM
MD
LG