Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Avqust, Bazar ertəsi, Bakı vaxtı 13:46

Şirvanda toyda kütləvi zəhərlənmə olub


Şadlıq sarayı, arxiv foto

Iyulun 19-da Şirvan şəhərində şadlıq saraylarının birində kütləvi zəhərlənmə olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi-nə Şirvan şəhərində toy mərasimi zamanı bir neçə nəfərin zəhərlənməsi barədə məlumat daxil olub.

“Dərhal əraziyə nazirliyin Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Nəzarət Xidmətinin və Mülki Müdafiə Qoşunlarının Kimya lobaratoriyasının mütəxəssisləri, digər aidiyyəti qurumların nümayəndələri cəlb edilib”, açıqlamada yazılıb.

“ Report” agentliyinin məlumatına görə isə, Şirvan şəhərində toy mərasimi zamanı pirotexniki vasitələrin tüstüsündən zəhərlənən şəxslərin sayı 19 nəfərə çatıb.

Bu barədə agentliyə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya və Anesteziologiya şöbəsinin müdiri Famil Yüsifov məlumat verib.

Şöbə müdiri bildirib ki, xəstəxanaya qazda boğulma diaqnozu ilə 19 nəfər müraciət edib:

"Zəhərlənənlər boğazda qıcıqlanma, öskürək və huşun müəyyən qədər itirilməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilərək oksigen verilib, lazımi müayinə və müalicələr aparılıb. Xəstələrin hamısı kafi vəziyyətdə ambulator müalicəyə buraxılıb".

Günün bütün mövzuları

XS
SM
MD
LG