Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 10:04

Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın həbsdə olan bacısı oğlu Səbuhi Zeynalov yenidən məhkəmə önünə çıxarılacaq.

Onun həbs qərarından verilmiş apellyasiya şikayətinə fevralın 23-də Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılacaq. Bu haqda AzadlıqRadiosu-na Səbuhi Zeynalovun vəkili Aqil Layıcov məlumat verib.

Buna da bax:​ 'Azərbaycan polisi bacımlarımı, körpəni polisə aparır, İlham Əliyevsə...'

Vəkil bildirib ki, mart ayının 12-nə Səbuhi Zeynalovun toyu təyin olunub: “Apellyasiya şikayətimiz təmin olunmasa, 30 sutkalıq həbs qərarı dəyişməsə, toy planları alt-üst olacaq”.

Orduxan Teymurxanın qardaşı Xanlar Dadaşova da 30 sutka inzibati həbs cəzası verilib. Aqil Layıcov onun həbsilə bağlı qərardan da apellyasiya şikayəti verib, amma hələlik, məhkəmənin vaxtı məlum deyil.

Buna da bax:​ Bloqqer: 'Ölkəmiz dövlət kimi yox, kolxoz kimi idarə olunur'

“ABSURDDUR”

Fevralın 18-dən başlayaraq, Orduxan Teymurxanın 12 nəfər yaxını polisdə dindirilməyə aparılıb. Onların arasında bloqqerin bacıları, hətta iki yaşlı uşağın da olduğu bildirilir.

Ardınca Suraxanı Rayon Məhkəməsində bloqqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılıb. Qərarda iddia olunur ki, S. Zeynalov və X. Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar.

Buna da bax:​ Bloqqer bacılarının polisdə incidildiyini deyir [yenilənib]

“Guya, polislər “pasport rejimi” keçirib, yoxlama aparırmış, bu zaman onlar polislərə müqavimət göstəriblər. Halbuki, fevralın 18-dən onlar polis idarəsində saxlanılıblar. Belə olan halda, fevralın 19-da onlar evlərinin yaxınlığında polisə necə müqavimət göstərə bilərdilər? Tamamilə absurddur”, – vəkil bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG