Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:20

Ermənistanın Tovuza partlayıcı qurğu atdığı bildirilir


Koxaməbi kəndi. Sərhəd kəndi.

Ermənistan qoşunların qarşıdurma xəttinə yaxın əraziyə pilotsuz uçuş aparatından partlayıcı qurğu atdığı bildirilir.

Bu haqda Müdafiə Nazirliyi xəbər verir.

Nazirlik olayı dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdən Ermənistanın növbəti təxribatı hesab edir.

Buna da bax:​ Sərhəddə toqquşmalar. Baş katib 'DQR' ifadəsi işlətdi

Nazirliyin məlumatına görə, kustar üsulla hazırlanan partlayıcı qurğu yanvarın 12-də Tovuz rayonu sahəsində müəyyən edilib. Partlayıcı qurğu zərərsizləşdirilib. İlkin araşdırma zamanı müəyyən edilib ki, qurğu elektrik detonatoru, detonasiya qaytanı, çoxlu sayda metal qəlpələr və qurğunun işə salınmasından ötrü batareyalardan ibarətdir.

“Beynəlxalq normativ hüquqi qaydalarla istifadəsi qadağan olunan bu cür vasitələri Ermənistanın məqsədyönlü şəkildə tətbiq etməsi vəziyyəti gərginləşdirməkdir. Azərbaycanı cavab tədbirləri görməyə təhrik etmək və bununla da təmsil olunduğu hərbi-siyasi blokun digər üzvlərinin diqqətini növbəti dəfə cidd-cəhdlə münaqişəyə cəlb etmək məqsədi güdür”, nazirlik bildirir.

Buna da bax:​ 'Status məsələsi sülh prosesini məhv etməkdir'

Müdafiə Nazirliyi baş verə biləcək hər hansı insidentə və onun nəticələrinə görə məsuliyyətin Ermənistanın üzərində olduğunu vurğulayır.

Ermənistan MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvidir. Azərbaycan MDB üzvü olsa da KTMT-yə qoşulmayıb.

KTMT-yə Rusiya, Qırğızıstan, Tacikistan, Ermənistan, Belarus və Qazaxıstan daxildir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Buna da bax: Erməni-rus birgə qoşunu Qarabağa girə bilər?

Ötən il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. 2016-cı il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada hər iki ölkənin qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.

Multimedia

XS
SM
MD
LG