Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Total şirkəti İran qazına verdiyi rüşvətə görə cərimələnib


Total şirkətinin mərhum rıəhbəri Christophe de Margerie faciəli ölümündən az əvvəl
Total şirkətinin mərhum rıəhbəri Christophe de Margerie faciəli ölümündən az əvvəl

Fransa məhkəməsi ölkənin neft nəhəngi Total şirkətini on il bundan əvvəl İrandakı böyük qaz yatağının işlənməsi tenderini udmaq üçün rüşvət verdiyinə görə 500 min avro (575 min dollar) cərimə edib.

Fransanın neft-qaz şirkəti Total Cənubi Pars yatağının hüquqlarını əldə etmək məqsədilə 1997-ci ildə araçıya 30 milyion dollar ödəməkdə təqsirli bilinib.

Ümumilikdə isə Total şirkəti Cənubi Pars sövdələşməsinə görə 1995 və 2004-cü illər arasında 60 milyon dollar rüşvət verməkdə şübhəli bilinir.

Cənubi Pars qaz yatağından bir görünüş
Cənubi Pars qaz yatağından bir görünüş

Lakin bu məhkəmə işi üzrə Total şirkətinin Cənubi Pars yatağına görə yalnız 2000-ci ildən sonra ödədiyi 30 milyon dollar araşdırılırdı, beləki Fransanın antikorrupsiya qanunu məhz 2000-ci ildə qüvvəyə minib.

Total elə bu yatağa görə iddia edilən rüşvəti verdiyi üçün 2013-cü ildə ABŞ hakimiyyət orqanları tərəfindən 398 milyon dollar cərimə olunmuşdu.

Sözü gedən ödənişlərin edildiyi vaxtlarda şirkətin Yaxın Şərq bölməsinə Christophe de Margerie başçılıq edirdi. O sonraklar Total şirkətinin baş icraçı direktoru olub.

O 2014-cü ildə Moskvada təyyarə qəzasında həlak olanda bu iş üzrə təhqiqat altındaydı.

Cənubi Pars dünyanın ən böyük qaz yataqlarındandır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG