Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 12:37

Tək adamın aksiyasi [video]


Tək adamın aksiyasi
Gözlə
Embed

No media source currently available

0:00 0:01:56 0:00

Tək adamın aksiyasi [video]

Xırdalan şəhərində meyvə-tərəvəzin topdan satışı ilə məşğul olduğunu bildirən iş adamı Kərim Kərimli fevralın 13-də Bakının “Torqovı” kimi tanınan Nizami küçəsində etiraz aksiyası keçirib. O, AzadlıqRadiosu-na narazılığını belə izah edib:

“2015-ci ildə manatın ikinci devalvasiyasından sonra onsuz da güzəranımız pisləşib. Hakimiyyət təmsilçiləri insanlara dolanışıq üçün şərait yaratmaq əvəzinə, əksinə əldə etdiyimiz 5-3 manata da gözünü dikib”.

İş adamı Kərim Kərimli “Torqovı”da aksiya keçirib. 13fev2017
İş adamı Kərim Kərimli “Torqovı”da aksiya keçirib. 13fev2017

Onun sözlərinə görə, uzun illər, meyvə-tərəvəz topdan satışı ilə məşğul olub. Bu illər ərzində çoxlu haqsızlıqlarla üzləşib.

K. Kərimli deyir ki, sahə müvəkkilləri, icra nümayəndələri onu işləməyə qoymayıblar. Çatan ondan “haqq” istəyib. Sonra da monopoliyalar işləməyə imkan verməyib.

*Youtube Kanalımıza abunə olun - Ölkədə baş verən bütün hadisə və xəbərləri bizdən izləyin

K. Kərimli etiraza təkbaşına gəlməsinə də aydınlıq gətirib: “Mən tək deyiləm, bir neçə topdan satışla məşğul olanlar mənimlə bura gəlməli idilər. Bir neçə nəfərə təzyiq göstərdilər, onlar da gəlmədi. Mən tək gəlmişəm ki, etirazımı ifadə edim”.

K. Kərimli deyib ki, tək Xırdalan şəhərini yox bütün ölkəni inhisarlar nəzarətə götürüb. Onun sözlərinə görə, məqsədi buna etiraz etməkdir.

Jurnalistlərə açıqlamasından sonra K. Kərimli saxlanaraq naməlum istiqamətə aparılıb.

K. Kərimli saxlanaraq naməlum istiqamətə aparılıb.
K. Kərimli saxlanaraq naməlum istiqamətə aparılıb.

Məsələyə, hələlik, Daxili İşlər Nazirliyindən və Xırdalan şəhərinin yerli hakimiyyət qurumlarından münasibət almaq mümkün olmayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG