Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:34

“Əbədi ezamiyyət” davam edir...


Əlimərdan bəy Topçubaşov (sağda)
Əlimərdan bəy Topçubaşov (sağda)

“Onlar Fransaya daimi yaşamağa getməmişdilər...

Onlar 1919-cu ildə Paris Sülh Konfransında iştirak etməyə, Azərbaycanın dövlət müstəqilliyini tanıtmağa getmişdilər...

Özü də müvəqqəti getmişdilər...

Amma bu səfər uzun çəkdi, geriyə yollar bağlandı...”

Oxuduğunuz bu parçalar yanvarın 22-də təqdimatı keçirilən yeni sənədli filmdəndir.

“Əbədi ezamiyyət” filmi 1919-cu ilin yanvarında Azərbaycan Cümhuriyyətininin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.

Yanvarın 22-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filmi və “Qərib məzarlar” kitab-albomunun təqdimat mərasimi keçirilib.

Layihənin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva, baş məsləhətçi tanınmış diplomat Ramiz Abutalıbovdur.

Buna da bax: “Pis bankları təcili bağlamaq lazımdır"

Yaradıcı heyət filmin hazırlanması üçün ilyarım Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, video-foto çəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüş və söhbətləri lentə alıb.

“Qərib məzarlar” kitab-albomu isə 1919-cu ildə Parisə ezam olunmuş Azərbaycan nümayəndə heyətinin, eləcə də ötən əsrin 20-ci illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan azərbaycanlıların bu ölkədəki taleyi və məzarları barədə ilk məlumat toplusudur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG