Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:28

“...Bəyaz bahar çiçəyi” necə həbs olundu?


İsmayıl Qaspralı
İsmayıl Qaspralı

-

“İz” proqramı 6 ay məcburi aradan sonra “Qaspralı İsmayıl bəy” dastanının ikinci bölümünü diqqətə yetirir.

“...Bəyaz bahar çiçəyi” necə həbs olundu?
Gözlə

No media source currently available

0:00 0:29:56 0:00
Direct-ə keçid

(1-ci hissəni dinlə)

2014-cü ildə türk dünyasının unudulmaz şəxsiyyətlərindən İsmayıl bəy Qaspralının ölümündən 100 il ötdü.

O Qaspralının ki özünün "Dildə, düşüncədə, işdə birlik" şüarını türkdilli ziyalıların, az qala, yaşam prinsipinə çevirmişdi.

Bu məşhur mütəfəkkirə sayqı əlaməti olaraq, UNESCO 2014-cü ili “İsmayıl Qaspralı ili” elan etmişdi.

Azərbaycanda daha çox Qasprinski soyadıyla tanınan Qaspralı İsmayıl bəy Krım müharibəsindən az öncə - 1851-ci ildə Baxçasaray yaxınlığındakı Avçıköydə dünyaya gəlib.

Uşağlığı Krım türk mədəniyyətinin beşiyi olan Baxçasarayda keçib.

Elə soyadını da atasının doğulduğu Qaspralı kəndinin adından götürüb.

“TƏRCÜMAN”I BELƏ ADLANDIRMIŞDI...

AzadlqıRadiosunda İsmayıl bəy haqqında hazırladığımız ikihissəli radiodastanın birinci hissəsi ötən il dekabrın 21-də efirə gedib.

Ruhanilər təhsildə islahat təklif edən İsmayıl bəy Qaspralıya qarşı (karikatura). “Molla Nəsrəddin” jurnalı, 1906
Ruhanilər təhsildə islahat təklif edən İsmayıl bəy Qaspralıya qarşı (karikatura). “Molla Nəsrəddin” jurnalı, 1906

Radiodastan, İsmayıl bəyin özü dediyi kimi, “Şimal türklərinin ilk bəyaz bahar çiçəyi necə açıldı” adlanırdı.

O vaxt yeni il ərəfəsi olduğundan, “İz”in ard-arda iki sayını UNESCO-nun “ilin adamı” seçdiyi Qaspralı İsmayıl bəyə həsr etmək qərarına gəlmişdik.

Radiodastanın 2-ci bölümü 2015-ci il yanvarın 4-də efirə getməliydi.

YENİ İL ƏRƏFƏSİNDƏ HƏBS...

Ancaq məlum və məşum hadisələr - dekabrın 25-də AzadlıqRadiosunun Bakı bürosuna olan hücum veriliş və arzularımızı yarımçıq qoydu.

Kompüterlərimizə - bütün arxivimizə həbs qoyulduğundan, nə 2014-cü ilin mədəniyyət yekunlarını saf-çürük edə, nə də hörmətli İsmayıl bəyə olan son borcumuzu yerinə yetirə bildik...

TƏSƏLLİ MESAJLARI...

Qaspralının Baxçasaraydakı büstü
Qaspralının Baxçasaraydakı büstü

Bakı bürosuna o qəfil basqından sonra “İz” proqramının yaradıcılarına çoxlu təsəlli mesajları gəldi.

Onlardan birində İsmayıl bəylə bağlı verilişin ikinci hisssəsinin taleyindən narahatlıq ifadə edilirdi.

“İz”in bu mesajdan çox duyğulanan aparıcısı o dinləyiciyə dedi ki, inşallah, gün gələr, proqramın yaradıcıları həbs olunmuş kompüterlərə giriş əldə edər və o zaman İsmayıl bəy Qasprinski ilə bağlı verilişin ikinci hissəsini də tamamlayıb efirə vermək mümkün olar.

ARXİV HƏBSDƏN QURTARDI

O vaxt gəlib çatdı, əziz dinləyicilər. Yarımildən sonra AzadlıqRadiosu “İz” proqramının arxivi (ancaq arxivi) həbsdən qurtardı... Və biz İsmayıl bəy Qaspralıya borcumuzu ödəmək fürsəti qazandıq.

Verilişin ikinci hissəsi bu bazar - iyulun 26-da, saat 23-də efirə gedəcək.

HƏSƏN BƏYİN ÖLMƏZ RUHUNA BİR TƏSƏLLİ

Hamınızı bu örnək insanın – o böyük Kişinin həyat tarixçəsinin davamına qulaq asmağa dəvət edirik.

Bu, milli mətbuatımızın 140 illiyini qeyd etdiyimiz günlərdə Həsən bəy Zərdabinin ruhuna da bir təsəlli olardı. Axı o, dostu, həmfikiri İsmayıl bəyi çox sevər, onun “Tərcüman” qəzetini Azərbaycanda yayardı... (Ardı aşağıda)

Soldan sağa: İsmayıl Qaspralı, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov, 1907, Bakı
Soldan sağa: İsmayıl Qaspralı, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov, 1907, Bakı

BƏLƏDÇİLƏR DƏYİŞMƏYİB

Beləliklə, dastanın ikinci bölümünün bələdçiləri dəyişməyib: İsmayıl bəy Qaspralının “Seçilmiş əsərləri”ndən ibarət üçcildliyini çap etdirən türkiyəli professor Əli Yavuz Akpınar və hazırda “Firəngistan məktubları”nı çapa hazırlayan araşdırıcı alim Vilayət Quliyev.

İyulun 26-da saat 23-də və bütün həftə boyu bu “İZ”i itirməyin!..

Ismayıl Qaspralının imzası
Ismayıl Qaspralının imzası

XS
SM
MD
LG