Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 00:34

Həbsdə olan Tofiq Yaqubludan xəbər var: 'Atamın səhhəti pisləşib, öskürəyi artıb'


Tofiq Yaqublu, məhkəməyə aparılarkən,23 mart 2020
Tofiq Yaqublu, məhkəməyə aparılarkən,23 mart 2020

Mehman Sadıqov: "Həkimin rəyi varsa…"

Tofiq Yaqublunun müalicə müəssisəsinə köçürülməsi həkimin rəyindən asılıdır.

Bunu "Turan" agentliyinə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov həbsdə olan Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun səhhətində problem yaranması ilə bağlı qızının dediklərinə münasibətdə qeyd edib.

"Həkimin rəyi varsa və onun müalicəsinə ehtiyac duyulacaqsa, o müalicə müəssisəsinə köçürüləcək. İstintaq təcridxanasında stasionar da var. Əgər stasionar şəraitində onun müalicəsi mümkündürsə, orada müalicə olunacaq", - M.Sadıqov vurğulayıb.

+++

Həbsdə olan Müsavat Partiyası və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun səhhətində problem yarandığı bildirilir. Bu barədə onun qızı Nigar Həzi məlumat verib.
N.Həzinin sözlərinə görə, bu gün, aprelin 11-də qanunverciliyə uygun olaraq atası ilə telefonla danışıb:
"Bu gün, aprelin 11-də ata ilə danışdım. Əhvalı yaxşı olsa da, səhhəti pisləşib, öskürəyi artıb. Buna səbəb ətrafındakı insanların siqaret çəkməsidir. Qolunun ağrısı da artıb".
N. Həzi əlavə edib ki, karantin olduğuna görə T. Yaqublu ilə görüşə bilmirlər:

"Dərmanları da verə bilmirik. Ataya təcili həkim lazımdır".

Nigar Həzinin bu açıqlamasına, hələlik, PenitensiarXidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Koronavirus pandemiyası ilə bağlı bütün dünyada məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Azərbaycanda da martin 24-dən karantin rejiminə keçilib. Cəzaçəkmə müəssisələrində və təcridxanalarda görüşlərə icazə verilmir.

Xatırlatma

Tofiq Yaqublu, 22 mart 2020
Tofiq Yaqublu, 22 mart 2020

T.Yaqublu bu il martın 22-də saxlanıb. Ertəsi gün isə Nizami rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət məcəlləsinin (CM) 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar vasitəsilə xuliqanlıq) maddəsiylə suçlanır. İddia olunur ki, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.T.Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı:

"Dostlar, ciddi təxribatla üzləşmişəm. 8-ci kilometr bazarında park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır".

T.Yaqublu ilə münaqişə yaşadığı bildirilən şəxs isə onun hücumuna məruz qaldığını iddia edib.

T.Yaqublu bundan öncə də 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində günahlandırılaraq 3 il həbsdə saxlanıb. O, 2019-cu il oktyabrın 19-da Milli Şuranın razılaşdırılmamış etiraz aksiyasında da 30 sutkalıq həbs olunmuşdu. Bu həbs zamanı T.Yaqublu işgəncələrə məruz qaldığını bildirmişdi.Daxili İşlər Nazirliyi isə işgəncələr haqda deyilənlərin böhtan olduğunu bəyan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG