Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Tofiq Yaqublu ev dustaqlığına buraxılmadı


Tofiq Yaqublu barədə üç aylıq həbs qətiimkan tədbiri seçildi
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Tofiq Yaqublu barədə üç aylıq həbs qətiimkan tədbiri seçildi

Müsavat Partiyası və Milli Şuranın fəalı Tofiq Yaqublunun ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verilmişdi. Aprelin 21-də Nizami rayon Məhkəməsində vəsatətə baxılıb və təmin olunmayıb.

T.Yaqublunun vəkili Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək: "Əgər Bakı Apellyasiya Məhkəməsi də şikayətimizi təmin etməsə, o zaman növbəti addım Avropa Məhkəməsinə şikayət etmək olacaq. Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ) maddəsinin pozuntusundan şikayət veriləcək".

N.Kərimli bildirib ki, T.Yaqublunun təqsirləndirildiyi əməl ağır cinayətlər kateqoriyasına aid deyil. O, istintaq dövründə həbsdə saxlanmadan da araşdırma aparıla bilərdi.

"Son illərdə cəza siyasətinin yumşaldılmasıyla bağlı sərəncamlar verilir, məhkəmələrə tövsiyə olunur ki, mümkün qədər həbs-qətimkan tədbirlərindən qaçsınlar. Qanunda xeyli alternativ qətimkan tədbirləri də var, istintaq dövründə onları tətbiq eləmək olar. Amma təəssüf ki, əməl olunmur. Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasıyla istintaqın gedişinə heç bir mənfi təsiri olmayacaqdı. Əksinə, adamın sağlamlığında problemlər var və azadlıqda qalsa, müalicə oluna bilərdi", - vəkil belə deyib.

Xatırlatma

T.Yaqublu bu il martın 22-də saxlanıb. Ertəsi gün isə Nizami rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin (CM) 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar vasitəsilə xuliqanlıq) maddəsi ilə suçlanır.


İddia olunur ki, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. T.Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: "Dostlar, ciddi təxribatla üzləşmişəm. 8-ci kilometr bazarında park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır".

T.Yaqublu ilə münaqişə yaşadığı bildirilən şəxs isə onun hücumuna məruz qaldığını iddia edib.

T.Yaqublu bundan öncə də 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində günahlandırılaraq 3 il həbsdə saxlanıb. O, 2019-cu il oktyabrın 19-da Milli Şuranın razılaşdırılmamış etiraz aksiyasında da 30 sutkalıq həbs olunmuşdu. Bu həbs zamanı T.Yaqublu işgəncələrə məruz qaldığını bildirmişdi. Daxili İşlər Nazirliyi isə işgəncələr haqda deyilənlərin böhtan olduğunu bəyan edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG