Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:57

Tillerson ABŞ-ın xarici siyasət planlarından danışıb


ABŞ dövlət katibi Rex Tillerson

ABŞ dövlət katibi Rex Tillerson deyib ki, hazırda Birləşmiş Ştatlarla Rusiya arasında “demək olar etimad yoxdur”.

O bildirib ki, xüsusilə də silahlara nəzarət və Ukrayna kimi məsələlərdə Moskvanın bugünkü mövqeyi “çox da əlverişli deyil”.

Tillerson bu qeydlərini mayın 3-də Dövlət Departamentinin heyəti qarşısında edib.

Onun çıxışı prezident Donald Trump administrasiyasının rəhbərliyi altında departamentin gələcəyi barədə geniş təqdimatın bir hissəsi idi.

Tillerson departamentin büdcəsində kəskin ixtisarların mümkünlüyü barədə danışıb.

Rusiya ilə “sivil qaydada” danışmaq

O deyib ki, hazırda Vaşinqton Birləşmiş Ştatlarla Rusiya arasında “ilk öncə münasibətlərin yaxşılaşdırılması” istiqamətində bir neçə səylər edir.

Tillerson məlumat verib ki, Rusiya və ABŞ arasında xüsusilə “qıcıqlandırıcı” məsələlərin araşdırılması dövlət katibinin müavini əvəzi Thomas Shannon-a tapşırılıb. Dövlət katibi deyib ki, “bu məsələlər hazırda bizim sivil qaydada danışmağımıza imkan vermir”.

Tillerson bildirib ki, o Suriya münaqişəsinin çözülməsində mümkün əməkdaşlıq imkanlarını rusiyalı həmkarı Sergey Lavrov-la mayın 10-11-də Alyaskada keçiriləcək Arktika Şurasının tədbiri əsnasında müzakirə etməyi planlaşdırır.

Məqsəd Pxenyan rejimini dəyişmək və ya Koreyanı tezliklə birləşdirmək deyil

Dövlət katibi habelə deyib ki, ABŞ Pxenyanın nüvə və raket sınaqlarını davam etdirməsi ilə əlaqədar Şimali Koreya üzərinə yeni sanksiyalar qoymaq niyyətindədir.

O deyib ki, hazırda ABŞ Şimali Koreya üzərinə təzyiqlərin artırılması istiqamətində Çinlə birlikdə işləyir, lakin əgər bu səmərəli olmazsa, Birləşmiş Ştatlar hətta “üçüncü ölkələrin üzərinə sanksiyalar” qoyulmasına da əl ata bilər. Bu halda sanksiyalar hətta Şimali Koreyada çalışan Çin şirkətlərini də əhatə edəcək.

Tillerson əlavə edib ki, bu məsələdə ABŞ-ın yeganə məqsədi Şimali Koreyanın “nüvəsizləşdirilməsidir” və Vaşinqton “rejim dəyişikliyinə” və ya iki Koreyanın “sürətləndirilmiş birləşdirilməsi” prosesinə çalışmır.

ABŞ başqa ölkələrə şərt qoymayacaq

ABŞ dövlət katibi beynəlxalq birliyi Şimali Koreyaya qarşı BMT sanskiyalarının icrasına çağırıb və deyib ki, hazırda heç kəs bu sanksiyaları tam şamil etmir.

Tillerson habelə deyib ki, Vaşinqton, əgər bu, ABŞ-ın iqtisadi və təhlükəsizlik məqsədlərinin əldə edilməsinə “əngəl yaradırsa”, öz şərtlərini onunla əməkdaşlıq etmək istəyən başqa ölkələrə qəbul etdirməyəcək.

“Lakin bu o demək deyildir ki, Birləşmiş Ştatlar dünyada azadlıq və insan haqlarının müdafiəçisi olmaqdan çəkinəcək” – deyib Tillerson.

Tillerson deyib ki, Trump-ın “Əvvəlcə Amerika” siyasəti ABŞ-ın öz müttəfiqləri ilə münasibətlərini balanslaşdırmasını nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG