Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:28

ABŞ dövlət katibi Şimali Koreyanın hədələdiyi Quam adasına gəlib


Rex Tillerson
Rex Tillerson

ABŞ dövlət katibi Rex Tillerson Şimali Koreya və prezident Trump arasında qarşılıqlı təhdidlərin ardınca sakitliyə çağırıb və deyib ki, “amerikalıların narahatlığı üçün əsas yoxdur”.

Tillerson avqustun 9-da ABŞ-ın Sakit okeandakı Quam adasına səfər etməzdən əvvəl jurnalistlərə deyib ki, “bu anda heç bir təhlükə yoxdur”. Bundan əvvəl Şimali Koreya bu adaya raket zərbəsi endirmək planını “diqqətlə götür-qoy” etdiyini bəyan etmişdi.

Tillerson deyib ki, “amerikalılar gecə sakit yata bilərlər”.

Şimali Koreyanın Quama zərbə endirəcəyi barədə təhdidi, Trump Pxenyanı “bir də Birləşmiş Ştatları hədələyərsə atəş və hiddətlə qarşılaşacağı” barədə hədələyəndən bir neçə saat sonra səslənib.

Tillerson aydınlıq gətirib ki, Trump Şimali Koreyaya güclü mesaj vermək istıəyib. O deyib ki, onun nüvə proqramına beynəlxalq etirazların olmasına baxmayaraq Pxenyanın ritorikası daha da yüksəlib.

Dövlət katibi deyib ki, məhz bu səbəbdən də “prezident Kim Jong Un-un başa düşəcəyi dildə mesaj verib, çünki Şimali Koreya lideri diplomatik dili başa düşmür”.

Bu arada Trump öz hədəsinin ardınca deyib ki, o, ABŞ-ın öz nüvə silahına əl atmasına ehtiyac olmayacağına ümid edir.

Trump avqustun 9-da yazdığı tvitdə bildirir ki, onun ilk sərəncamı ölkənin nüvə cəbbəxanasının yenilənməsi və modernizasiyası barədə olub.

O yazıb: “Ümid edirəmn ki, biz bu gücdən heç vaxt istifadə etməli olmayacağıq, amma elə bir an da olmayacaq ki, biz dünyada ən qüdrətli ölkə olmayaq”.

Ağ Ev və Pxenyan arasında söz müharibəsi Şimali Koreya iyul ayında iki qitələrarası ballistik raketi sınaqdan keçirdikdən sonra şiddətlənib.

Pxenyan bunun ardınca bəyan etmişdi ki, indi onun raketləri ABŞ ərazisinin istənilən nöqtəsinivurmağa qadirdir.

Avqustun 9-da Şimali Koreya ordusunun sözçüsü ölkənin rəsmi KCNA xəbər agentliyinə bildirib ki, lider Kim bu barədə qərar qəbul edərsə, Quam adası istiqamətində orta və ya uzaqmənzilli ballistik raket zərbəsi istənilən an endirilə bilər.

Sözçü deyib ki, bu zərbədən məqsəd “Birləşmiş Ştatların Quamdakı bazalarının çəkindirilməsi olacaq”.

Quam Birləşmiş Ştatların Asiya-Sakit okean rayonunda əməliyyatları üçün əsas baza sayılır.

North Korea's Suspected Missile Reach
North Korea's Suspected Missile Reach

Şimali Koreya Birləşmiş Ştatları “önləyici müharibə” cəhdində ittiham edib və bildirib ki, belə bir müharibə “ABŞ ərazisi də daxil düşmənlərin bütün istehkamlarını yer üzündən silən tammiqyaslı müharibəyə” çevrilə bilər.

Şimali Koreyanın bu bəyanatından əvvəl, avqustun 8-də Nyu Cersidə məzuniyyətdə olan Trump “yaxşısı budur Şimali Koreya bir daha ABŞ-ı hədələməsin” bəyanatını vermişdi.

Trump demişdi ki, bu halda “onlar atəş və hiddətlə üzləşməli olacaqlar”.

BMT Təhlükəsizlik Şurası avqustun 5-də Pxenyanı nüvə proqramını dayandırmağa məcbur etmək məqsədilə onun üzərinə ağır sanksiyalar qoyan qətnaməni yekdilliklə qəbul edib.

Şimali Koreya bu sanksiyaları suverenliyinin pozulması adlandırıb və bildirib ki, Pxenyan, ABŞ onun üzərinə hücum edərsə, “Amerikanın dərsini verməyə hazırdır”.

Pxenyan bildirir ki, onun ballistik raketləri Birləşmiş Ştatların düşmənçilik etdiyi şəraitdə tamamilə legitim müdafiə vasitəsidir.

Pxenyan və Vaşinqton arasında qarşılıqlı təhdidlərə beynəlxalq reaksiya birmənalı olmayıb.

Yaponiya baş nazirini müavini Yoşihide Suqa avqustun 9-da deyib ki, “Birləşmiş Ştatlar bütün variantların masa üzərində olduğunu bildirib və Tokio belə yanaşmanı dəstəkləyir”.

Fransa da Trump-ın mövqeyini təqdir etdiyini bildirib.

Almaniya isə dərin narahatlıq ifadə edib və təmkinə çağırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG