Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:22

ABŞ Dövlət katibi Tillerson Ankarada Erdoganla görüşdü


Recep Tayyip Erdogan və Rex Tillerson
Recep Tayyip Erdogan və Rex Tillerson

ABŞ Dövlət katibi Rax Tillerson Ankaraya birgünlük səfəri zamanı martın 30-da prezident Racep Tayyip Erdogan və baş nazir Binali Yıldırımla ayrıca danışıqlar aparıb.

Rex Tillersonla Racep Tayyip Erdogan Suriyada "İslam dövləti" və digər silahlı qruplara qarşı birgə addımları müzakirə ediblər. Bu barədə Reuters agentliyi Erdoganın ofisinə istinadla məlumat yayıb.

Tillerson həmçinin baş nazir Binali Yıldırmla görüşdə Suriya müharibəsi və “İslam dövləti” qrupu yaraqlılarının Suriya və İraqdan təmizlənməsinə yönəlmiş səyləri müzakirə edib.

ABŞ Dövlət Departamenti rəsmisinin sözlərinə görə tərəflər görüşdə həmçinin regionda təhlükəsizliyin və iqtisadi əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Tillerson qeyd edib ki, Türkiyə regional lider və NATO-nun əzli müttəfiqi kimi bu məqsədlərə çatılmasında mühüm rol oynayır.

Binali Yildirim və Rex Tillerson
Binali Yildirim və Rex Tillerson

Ankara Vaşinqtondan Suriyanın Raqqa şəhərinin “İslam dövləti” qrupundan geri alınmasında birgə mübarizəyə başlanmasını təkid edir.

Bu şəhər Suriyada yaraqlıların sonuncu əsas dayanq məntəqəsi hesab olunur.

Türkiyə ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərinin bu əməliyyatdan kənarda qalmasını istəyir.

Görüşdə Ankaranın, hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülənin verilməsi barədə də məsələ qaldıracağı gözlənilirdi.

Qeyd edək ki, Ankara 2016-cı il 15 iyul qiyam cəhdinin təşkilinə görə məhz Fətullah Güləni ittiham edir.

Amma Gülən ittihamı rədd edir.

Onu da qeyd edək ki, Tillersonun səfəri aparelin 16-da Türkiyədə konstitusiya düzəlişləri ilə bağlı keçiriləcək referendum ərəfəsinə təsadüf edir.

Bu düzəlişlərdə prezidentin səlahiyyətlərinin artırılması nəzərdə tutulur.

Türkiyənin xarici işlər naziri Mevlut Çavusoglu isə bundan bir gün əvvəl bildirmişdi ki, Ankara Tillersonun səfəri zamanı “Halkbank”-ın sədr müavini Mehmet Hakan Atillanın bu günlərdə Nyu-Yorkda həbsi barədə də məsələ qaldırmaq fikrindədir.

Buna da bax. “Halkbank”ın sədr müavini Mehmet Hakan Atilla Nyu-Yorkda saxlandı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG