Keçid linkləri

2025, 14 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 10:35

Tillerson:"Türkiyənin öz sərhədlərini qoruma haqqı var"


Mevlut Cavusoglu və Rex Tillerson
Mevlut Cavusoglu və Rex Tillerson

ABŞ Dövlət katibi Rex Tillerson deyib ki, Vaşinqton Türkiyənin öz sərhədlərini qoruma haqqını tanıyır.

O, bunu fevralın 16-da Ankarada deyib.

Tillersonun səfəri NATO-da müttəfiqlər olan bu iki ölkə arasındakı münasibətlərin gərginləşdiyi vaxta düşür.

Tillerson türkiyəli həmkarı Mevlut Cavusoglu ilə görüşdən sonra həmçinin Ankaranı Suriyanın şimalındakı Afrin regionunda hərbi əməliyyatlar keçirərkən səbirli olmağa və gəginliyi artıracaq hərəkətlərdən qaçmağa çağırıb.

Foto arxiv
Foto arxiv

Cavusoglu isə deyib ki, Türkiyə ilə ABŞ ikitərəfli münasibətləri normallaşdırmaq və problemli məsələlərin müzakirəsi üçün mexanizm yaratmaq razılığına gəliblər.

Qeyd edək ki, Türkiyə ötən aydan Suriyanın şimalında YPG kürd qruplaşmasına qarşı hərbi əməliyyatlara başlayıb.

Ankara dəfələrlə bəyan edib ki,məqsəd sərhəd bölgəsini terrorçu qüvvələrdən təmizləməkdir.

Türkiyə YPG qrupunun terrorçu PKK təşkilatı ilə əlbir oduğunu deyir.

Ankaranın NATO-dakı müttəfiqi ABŞ isə əksinə ”İslam dövləti” qrupu ilə mübarizədə YPG qruplaşmasını dəstəkləyir.

Buna da bax:ABŞ Türkiyəni seçəcək, yoxsa kürdləri

Tillerson bundan əvvəl-fevralın 15-də Türkiyə prezidenti Racep Tayyip Erdoganla da görüşüb.

Recep Tayyip Erdogan və Rex Tillerson
Recep Tayyip Erdogan və Rex Tillerson

Tərəflər 3 saatdan artıq sürən danışıqlardan sonra görüşün ümumilikdə səmərəli ,amma qəti olmadığını deyiblər.

Qeyd edək ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğanla ABŞ prezidenti Donald Trump bundan əvvəl telefonla Türkiyənin Suriyanın Afrin regionunda keçirdiyi hərbi əməliyyatı müzakirə edirdilər.

Reutersin məlumatına görə, Erdogan deyib ki, ABŞ YPG kürd qruplaşmasına dəstəyi dayandırmalıdır.

Donald Trump və Racep Tayyip
Donald Trump və Racep Tayyip

Buna da bax:Trump və Erdoğan Türkiyənin Suriyaya müdaxiləsini müzakirə ediblər

XS
SM
MD
LG