Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 05:59

«Biri hündürmərtəbəli bina tikdirir. Daha doğrusu, tikintisi təzəliklə başa çatıb. Tikinti vaxtı işığa yığılan borca görə ətrafdakı bütün evlər işıqsız qalıb».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Nərimanov rayonu, Ruhulla Axundov küçəsinin sakinləri bildirib. Sakinlər deyir, hündürmərtəbəli binanın tikintisi zamanı sərf olunan elektrik enerjisinə görə yığılmış külli məbləğdə borc ətrafda yaşayan yüzlərlə ailənin qaranlıqda qalmasına səbəb olub.

«KİMSƏ EV SATIB PUL QAZANACAQ...»

Aprelin 25-də səhər saatlarında gələn işıq idarəsinin işçiləri hündürmərtəbəli binaya və ətrafındakı evlərə elektrik enerjisi ötürən ümumi elektrikpaylayıcı şiti qapadıblar. Bu da sakinlərlə işıq idarəsinin işçiləri arasında narazılığına səbəb olub.

***Buna da bax-'Məktəb əraziləri zəbt olunur, fərdi evlər tikilir'

Sakin Akif Qurbanovun sözlərinə görə, işıq idarəsinin işçiləri onların qarşısında şərt qoyub: «Səhərdən aləm qarışıb bir-birinə... Kimsə bina tikib, ev satıb pul qazanacaq, vaxtında işıqpulunu ödəməyib, arada biz qaranlıqda qalmışıq. İşıq idarəsinin işçiləri deyirlər, sahibkara təzyiq göstərin, borcu ödəsin, onun da işığı yansın, sizin də... Borc ödənilməsə, işıq da olmayacaq».

İŞIĞI YANDIRDILAR

Hündürmərtəbəli binanı «Premier Class» MTK tikib. Binanın qarşısındakı lövhədə şirkətin əlaqə nömrələri qeyd olunub. Lakin AzadlıqRadiosunun əməkdaşı həmin əlaqə nömrələri vasitəsilə şirkət əməkdaşlarından açıqlama almağa çalışsa da, zənglərə cavab verən olmayıb.

Nərimanov rayon işıq idarəsindən «Qaynar xətt»ə məsələnin araşdırılacağını və qısa müddətdə açıqlama verəcəklərini bildiriblər. Təqribən 10 dəqiqə sonra isə sakinlər «Qaynar xətt»ə təkrar zəng vuraraq, «çox sağ olun, işığı yandırdılar, işıq idarəsinin işçiləri ərazidən yoxa çıxdılar», – deyə bildiriblər.

Müxbir işıq idarəsi ilə təkrar əlaqə saxladıqda isə, «orda işıqlar yanır, sizə yanlış məlumat verilib», – deyildi.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG