Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:08

Ekspert: 'Tikinti xərci adıyla ayrılmış vəsaitin ən yaxşı halda...' [video]


Büdcədən 5 milyard manat ayrıldı - Hökümətin planı nədir?
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

Büdcədən 5 milyard manat ayrıldı - Hökümətin planı nədir? [A-Live]

Gələn ilin dövlət büdcəsindən təmir-tikinti xərcləri bu illə müqayisədə 2 dəfəyə qədər artırılır - təqribən 5 milyard manata çatdırılır.

İqtisadçı alim Qubad İbadoğlu deyir ki, neftin qiyməti bir qədər artan kimi hökumət yenə köhnə ampluasına qayıdır, o xatırladır ki, 2016-cı ildə təmir-tikinti xərci hətta 1,6 milyard manat idi. İqtisadçının sözlərinə görə, tikinti xərclərinə nəzarət etmək olmur:

"Tikinti xərci adıyla ayrılmış vəsaitin ən yaxşı halda üçdə biri öz təyinatı üzrə istifadə olunur. Bunun böyük bir hissəsi - hər milyon manatdan heç olmasa, 600 min manatı birbaşa korrupsiyanın yeminə çevrilir. Dövlət alqı-satqıları üzrə tenderlər keçirilmir, keçirilən tenderlərdə şəffaflıq təmin olunmur, tenderin qalibinin kim olması barədə məlumatlar açıq deyil".

Buna da bax: Büdcənin 'yağlı tikəsi' tikintiyə gedir

Qubad İbadoğlu
Qubad İbadoğlu

Hökumət bundan əvvəl tikinti layihələrində mənimsəmələr olması barədə iddiaları rədd edib.

Bəs tikintiyə ayrılan pullar hansı layihələrə xərclənir. Məsələn, 2017-ci ildə tikintiyə ayrılmış 2,5 milyard manata nə tikilib, nə təmir olunub? Bu barədə rəsmi mənbələrdə ətraflı məlumat verilmir.

Bitərəf deputat Vahid Əhmədov deyir ki, indi pulun necə xərclənməsi barədə siyahını prezident İlham Əliyev təsdiqləyir. Bəs siyahı haradadır?

Buna da bax: Yaxın 4 ildə ciddi maaş artımı gözlənilmir

Gələn il təmir-tikinti xərcləri iki dəfəyə qədər artırıla bilər. İqtisadçı Qubad İbadoğlu hesablayıb ki, gələn ilin büdcəsində hər 100 manatın 38 manatı bu məqsədlə ayrılır.

Pulların nəyə xərclənməsini isə prezident Əliyev təsdiqləyir. Bitərəf Vahid Əhmədov deyir ki, onun da siyahıdan xəbəri yoxdur:

Buna da bax: Neftin qiymətinin cəmi 5 dollar düşməsi Azərbaycan üçün nə deməkdir?

"O siyahını mən görməmişəm. Onu dövlət başçısı təsdiq edir. Prezident də hara lazımdır, ora yönəldir. İqtisadi İnkişaf Nazirliyi bu barədə prezidentə təkliflər verir, özləri də nəzarət edir".

Vahid Əhmədov
Vahid Əhmədov

Vahid Əhmədov deyir ki, tikinti xərclərinin artması yaxşı haldır, ümumilikdə iqtisadi aktivliyə xidmət edir. Bununla belə, deputat tikinti xərcləmələrində şəffaflıq probleminin olduğunu istisna etmir.

Buna da bax: Ekspert: 'Büdcə 3 milyard artsa da, pensiyalar 2 manat arta bilər' [video]

İqtisadçı Natiq Cəfərli deyir ki, layihələr icra olunanda sonra onun hesabatı Maliyyə Nazirliyinin saytında dərc olunmalıdır, amma olunmur, Hesablama Palatası da işçi sayının az olmasını əsas gətirib, bütün layihələrin yox, bəzi layihələrin necə icra olunması barədə hesabat verir, beləliklə, ictimaiyyət milyonlarla neft pulunun necə xərclənməsi haqda məlumatsız qalır.

AzadlıqRadiosu və OCCRP-nin - Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Mərkəzinin apardığı jurnalist araşdırmalarının bir çoxunda hətta bəzi böyük tikinti layihələrini prezident ailəsinə yaxın şirkətlərin həyata keçirdiyi bildirilirdi. Bu araşdırmalarda xüsusilə “Crystal Hall” və Dövlət Bayrağı meydanının adı çəkilirdi. Hərçənd ki, Prezident Administrasiyasından bu yöndə suallara cavab almaq mümkün olmayıb.

Buna da bax:​ Vahid Əhmədov: 'Əmanətlərin qaytarılmasında problemlər var'

Neftin qiyməti artanda büdcənin tikinti xərclərinin də artmasına Bakı sakinlərindən də münasibət soruşmuşuq.

Büdcənin tikinti xərclərini 2 dəfə artmasını Bakı sakinləri dəyərləndirir...
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

Hazırda parlamentdə müzakirə olunan gələn ilin dövlət büdcəsində ümumilikdə xərc hissəsi artırılır. Beləliklə, neft proqnozlaşdırılan qiymətdən, yəni büdcədə göstərilən bir barrel üçün 45 dollardan ucuz satılmasa, büdcənin gəliri builkindən təqribən 3 milyard manat, xərcləri isə bu ilkindən 2 milyard manat çox ola bilər. Bununla belə, ümumilikdə sosial xərclərdə ciddi artım yoxdur.

Buna da bax: Vahid Əhmədov: 'MDB-də ən böyük kredit faizləri Azərbaycandadır'

Üç il əvvəl neft qəfil ucuzlaşdı, ilin əvvəlində 100 dollardan da bir az baha satılan neft ilin sonunda 60 dollardan da ucuz satılmağa başladı. Bu da əsas gəlir mənbəyi neft olan Azərbaycan iqtisadiyyatını əhəmiyyətli dərəcədə zəiflətdi, milli valyuta 2 dəfəyə qədər dəyər itirdi, dövlət büdcəsi dəfələrdə kiçildi.

Buna da bax:

Büdcə müzakirələri Azərbaycanda və dünyada necə aparılır?
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG