Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Thereza May:"Brekzit"lə bağlı mənim planıma alternativ yoxdur


Theresa May
Theresa May

Böyük Britaniyanın baş naziri Thereza May deyib ki, ölkəsinin Avropa Birliyindən çıxması ilə bağlı onun layihəsinə alternativ variant yoxdur.

Bunu baş nazir “The Sun” nəşrindəki məqaləsində yazıb.

Thereza May Brüssellə ən yaxşı razılaşma əldə etməyə çalışacağını vəd edib və qeyd edib ki, “Brekzit” (Avropa Birliyindən çıxmaq) suveren ölkə kimi Böyük Britaniyanın çiçəklənməsinə səbəb olacaq.

O qeyd edib ki, Britaniya Avropa Birliyindən çıxmaqla öz sərhədləri, maliyyə və qanunvericilik proseslərinə nəzarəti bərpa edəcək və bu milyonlarla yeni iş yerinə səbəb olacaq.

May-in sözlırinə görə razılaşma eyni zamanda Avropa ilə sərhəd boyu sərbəst yük daşınmalarını təmin edəcək.

O qeyd edib ki, London “Brekzit” dən sonra da Avropa Birliyi ilə təhlükəsizlik sahəsində sıx əlaqə saxlayacaq.

Avropa rəsmiləri “Brekzit”lə bağlı indiki razılaşmanı mümkün yaxşı sövdələşmə hesab edirlər.

Tərəflər noyabrın sonlarında sənədi təsdiqləmək fikrindədirlər.

Amma Londonda daha sərt “Brekzit” tərəfdarları bu razılaşmaya qarşı çıxırlar və May-in parlamentdəki partiyadaşları onun hakimiyyətdən uzaqlaşdırılması məsələsini qaldıra bilərlər.

Ötən cümə axşamı bu planla razılaşmayan 4 nazir artıq istefa verib.

Onun bu layihəsini müxalifətdə olan leyboristlər də tənqid edir.

Buna da bax:Mer və keçmiş baş nazir "Brekzit"lə bağlı təkrar referenduma çağırıblar

Britaniya sakinləri 2016-cı ildə keçirilən referendumda cüzi səs çoxluğu ilə ölkənin Avropa Birliyindən çıxmasına səs verdilər.

Prosedur qaydaya əsasən Britaniya 2019-cu il martın 29-da Avropa Birliyindən çıxmalıdır.

Bundan sonra isə 2020-ci ilədək keçid dövrü olmalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG