Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:09

Theresa May “Brekzit” razılaşması ilə bağlı səsverməni ləğv elədi


Theresa May
Theresa May

Böyük Britaniyanın baş naziri Theresa May-in, “Brekzit” razılaşması (ölkənin Avropa Birliyindən çıxması) ilə bağlı İcmalar Palatasındakı sabahkı səsverməni təxirə salındığını bəyan edib.

Bu barədə dekabrın 10-da "Bloomberg" vəziyyətlə tanış olan mənbələrə istinadla xəbər verir.

Səsvermənin nə vaxt olacağı hələlik bəlli deyil.

Theresa May elə həmin gün bundan əvvəl kabinetin aparıcı üzvləri ilə görüşüb və çox güman ki, bu qənatə gəlib ki, razılaşmanı parlamentdən keçirmək üçün lazımi dəstək ala bilməyəcək.

Əgər kabinet səsvermədə uduzsa, Brüssellə danışıqların davam etdirilməsi, vaxtındanəvvəl seçki və ya hətta “Brekzit”lə bağlı təkrar referendum keçirilməsi mümkün variantlardn biri ola bilər.

Britaniyanın Avropa Birliyindən çıxmasına qarşı çıxanlar Avropa Məhkəməsinin dekabrın 10-da qəbul etdiyi qərarı alıqşlayırlar.

Həmin qərar əsasən, Britaniya birtərəfli qaydada “Brekzit”dən imtina edə bilər.

Buna da bax:Avropa liderləri Britaniya ilə "Brekzit"razılaşmasını təsdiqlədilər

Britaniya sakinləri 2016-cı ildə keçirilən referendumda cüzi səs çoxluğu ilə ölkənin Avropa Birliyindən çıxmasına səs verdilər.

Prosedur qaydaya əsasən Britaniya 2019-cu il martın 29-da Avropa Birliyindən çıxmalıdır.

Bundan sonra isə 2020-ci ilədək keçid dövrü olmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG