Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:42

The Economist Ermənistanı 'İlin ölkəsi' elan etdi


Nikol Pashinian tərəfdarlarının mitinqi
Nikol Pashinian tərəfdarlarının mitinqi

The Economist jurnalı Ermənistanı “İlin ölkəsi” adlandırıb. Məcmuə bildirir ki, bu ölkə, küçə etirazları hökuməti dinc yolla dəyişdikdən sonra “demokratiya və yenilənmə şansı” əldə edib.

Londonda çıxan jurnal dekabrın 18-də yazıb ki, keçmiş antikorrupsiya jurnalisti və müxalifətçi millət vəkili Nikol Pashinian “korrupsiya və səriştəsizliyə qarşı etirazların dalğası ilə legitim və qaydalı şəkildə hakimiyyətə gəlib”.

Pashinian-ın may ayından başlatdığı etiraz aksiyaları uzun müddətdə prezidentlik etmiş Serzh Sarkisian-ın istefası ilə nəticələnib.

Pashinian-ın “Mənim addımım” alyansı dekabrın 9-da keçirilmiş parlament seçkisində səslərin 70 faizinə sahiblənərək qalib gəlib.

The Economist yazır: “Putinsayağı hakim devrilib və heç kəs öldürülməyib. Rusiyaya müdaxilə bəhanəsi verilməyib. Təlatümlü regionda yerləşən, qədim və çox vaxt da düzgün idarə olunmayan ölkə indi demokratiya və yenilənmə imkanı qazanıb”.

Lakin həftəlik jurnal yazır ki, Ermənistanın Azərbaycanla separatçı Dağlıq Qarabağ regionuna görə xatalı münaqişəsi “hələ də həllini tapmayıb və yenidən alovlana bilər”.

The Economist jurnalı 2013-cü ildən başlayaraq “İlin ölkəsini” müəyyən edir.

Bu titul “son 12 ayda ən böyük yaxşılaşma nümayış etdirmiş” ölkələrə verilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG