Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 11:49

Təyyarə qəzası ilə bağlı axtarışlar davam edir


MİG 29, arxiv fotoM

Qəzaya uğramış hərbi təyyarənin axtarışı davam edir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin iyulun 27-də yaydığı məlumatda bildirilir.

“Hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir ”, deyə məlumatda vurğulanır.

Halbuki, iyulun 24-ü təlim-məşq uçuşları həyata keçirən zaman radardan itən Azərbaycan Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsinin artıq tapıldığı bildirilirdi.

Bu barədə təyyarədəki pilotun yaxını, politoloq Qabil Hüseynli danışmışdı:

«Təyyarənin tapıldığı deyilir. Təxminən Giləzi ilə Şurabad ərazisində olduğu söylənilir. Kranla quruya çıxaracaqlar».

Amma rəsmi qurumlar təyyarənin tapılması ilə bağlı məlumatı tsədiq etməmişdilər

Qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin pilotu Rəşad Atakişiyev politoloq Qabil Hüseynlinin kürəkənidir.

Xatırlatma

İyulun 24-də axşam uçuşlarını həyata keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Miq-29 hərbi təyyarəsi qəfil radardan itib.

Müdafiə Nazirliyi iyulun 25-də yaydığı açıqlamada təyyarənin Xəzər dənizinə düşdüyünü ehtimal edirdi. Axtarış məqsədi ilə Komissiya yaradılıb. Hadisə ilə bağlı Hərbi prokuroluq Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlayıb.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG