Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 18:04

Peterburq metrosunda terroru təşkil etməkdə şübhəli bilinən saxlanıb


arxiv foto

Moskva məhkəməsi Peterburq metrosundakı terrorda əlaqəsi olmaqda şübhəli bilinən 9 nəfər barəsində həbs qərarı çıxarıb.

Aprelin 3-də Sankt-Peterburq metrosunda canlı bombanın partlaması nəticəsində 15 nəfər ölmüş, 45 nəfər yaralanmışdı.

Hökm 26 yaşlı Abror Azimovun aprelin 18-də verdiyi ifadədən sonra çıxarılıb. O deyib ki, başqalarının "əmrini icra edib" və bunun terror aktının bir hissəsi olmasından xəbərsiz olub.

Azimov Mərkəzi Asiya əsilli Ruisiya vətəndaşıdır. O aprelin 17-də Moskvanın Odintsovo rayonunda saxlanıb.

O, Rusiya hüquq mühafizə orqanlarının terrora cəlb olunmaqda şübhəli bilinən 8 nəfərin həbsindən sonra saxlanıb.

22 yaşlı Qırğız əsilli özbək, Rusiya vətəndaşı Akbaryon Jalilov canlı bomba kimi tanınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG