Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:16

Azərbaycanda korrupsiya terroru maliyyələşdirə bilərmi?


Prezident İlham Əliyev noyabrın 18-də “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda ölkədə bir sıra nazirlik və dövlət qurumlarına tapşırılıb ki, Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə illik hesabatlarını hər il dekabrın 15-dək təqdim etsinlər. Hesabatlar Nazirlər kabinetinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya elektron qaydada verilməlidir.

Bu iki qurumda Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etməli və bu barədə prezidentə məlumat verməlidirlər.

Mərkəzi Bank, Auditorlar Palatası, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə, Baş Prokurorluq və Vəkillər Kollegiyası Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etməlidir.

Bir sıra ekspertlər hesab edirlər ki, Azərbaycan kimi qara bazarı, kölgə iqtisadiyyatı, gizli mühasibatları olan ölkədə maliyyə axının bəd əməllər üçün istifadə edilməyəcəyinə təminatlar yoxdur.

Söhbət həm də məmur və oliqarxların vəsaitlərinin terror maliyyələşdirilməsinə xərlənə biləcəyindən gedir.

Lakin təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, hakimiyyətin nəzarət edə bilmədiyi məmurların əldə etdiyi böyük pullar heç vaxt terrora yönəlməyəcək.

Ekspertin fikrincə, amma bu o demək deyil ki, terrorçu təşkilatların maliyyə mənbələri yoxdur. İlham İsmayılın sözlərinə görə, Azərbaycanda da radikal dindarları maliyyələşdirən iş adamları var.

Ekspert deyir ki, terrorçuluğun qarşısını almaq üçün bu sahədə peşəkar kadrlar hazırlanmalıdır.

Digər ekspert Cəsur Sümərinli isə prezident İlham Əliyevin noyabrın 18-də təsdiq etdiyi planın uğurla həyata keçəcəyini gözləmədiyini bildirir.

Ekspert deyir ki, bu vaxta qədər terrorçuluqla mübarizə çərçivəsində atılan addımlar tamam başqa istiqamətə və şəxslərə qarşı yönəldilib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Orucun sözlərinə görə Milli Fəaliyyət planında çox əhatəli müddəalar qoyulub. Deputat deyir ki, təhlükəsizlik orqanları bu müddəalara xüsusi diqqət verməlidirlər.

Zahid Oruc da təsdiq edir ki, terroru qidalandıran əsasən korrupsiya vəsaitləridir. Deputat deyir ki, məhz buna görə də bundan sonrakı dövrdə maksimum dərəcədə leqallaşma, şəffaflıq, gəlirlərin deklarasiyası hökumətin başlıca işini təşkil etməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG