Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:38

'Tənha ata', 'uşaqlı kişi' romanları niyə bu qədər populyar olub?


Britaniyada kitab naşirləri bildirirlər ki, romanlar arasında qəhrəmanları “tənha atalar” olan əsərlər xeyli populyarlaşıb və başqa mövzulu bədii ədəbiyyatla müqayisədə daha çox satılır.

Mills & Boon nəşriyyatı oxucular arasında belə bir tendensiyanı hələ bu ilin lap əvvəllərindən müşahidə edib.

Britaniya mətbuatı yazır ki, “arvadlarını itirmiş və uşaqlarla tək qalmış fədakar və hələ də çılğınlığını qoruyub saxlayan tənha ata obrazı” xüsusilə də qadın oxucu kütləsi arasında daha populyardır.

HarperCollins nəşriyyatı isə bildirir ki, yeni meyl qadınların “əsl və etibarlı qəhrəman kişi təşnəsindən” qaynaqlanır.

Məhəbbət romanları sənayesi Birləşmiş Krallıqda nəhəng biznesdir və onun 10, 7 milyonluq oxucu ordusu var.

Kitab tənqidçiləri bu qənaətdədirlər ki, “tənha ata” obrazlı romanların populyarlığı qadınların daha çox “emosional yetkinliyə və tammiqyaslı valideynlik qabiliyyətinə malik olan kişilərə” cəlb olunması ilə bağlıdır.

Mills&Boon nəşriyyatı “The Daily Mail” qəzetinin qadınlar üçün əlavəsi Femail məcmuəsinə deyib ki, romanların müxtəlif qəhrəmanları olur, lakin qayğıkeş və müdafiəçi tənha atalar daha cəlbedici obrazdır.

Tənqidçilər bildirirlər ki, populyar romanlardakı tənha atalar sadəcə qayğısı başından aşan kişilər yox, yeni eşq macəralarına hər an hazır olan çılğın kişilərdir.

Bu səbəbdən də “tənha ata” romanları seks və erotika səhnələri ilə də zəngindir. HarperCollins nəşriyyatının bu yaxınlarda buraxdığı 6 kitabın qəhrəmanları arasında övladlarını təkbaşına böyüdən həkim də var, milyonçu da.

Məsələn, Emily Forbes-un “Tənha ataya aşiq” romanının qəhrəmanı Əfqanıstanda hərbi xidmətdən qayıtmış plastik cərrahdır. Onun sülh vaxtlarında üzləşdiyi “kontingentin” daha çox kimlərdən ibarət olacağını bu romanı oxumadan da təsəvvür etmək çətin deyil.

İngilislər demiş, hər bir kişinin ikinci şans (second chance) haqqı var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG