Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:34

Tək aksiya keçirən gənc buraxılmayıb


Bakıda tək aksiya keçirən gənc Rafael Huseynzadə 25 yanvar 2019

Yanvarın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında tək etiraz aksiyası keçirən zamanı saxlanan gənc fəal Rafael Hüseynzadə-nin yaxınları 2 gündür onun yerini dəqiqləşdirə bilmir.

Onun atası Füzuli Hüseynov AzadliqRadiosuna bildirib ki, Rafael Hüseynzadənin dünən, yanvarın 26-da Nəsimi Rayon Məhkəməsi-nə aparıldığı barədə məlumat alıblar:

“Ancaq məhkəmənin hansı qərar çıxartdığı haqda məlumat yayılmayıb. Biz güman edirik ki, Rafael hazırda Binəqədidə Müvəqqəti Saxlanma Məntəqəsindədir. Qanunvericiliyə əsasən oğluma ailəsiylə telefonla əlaqə saxlamağa icazə verməlidirlər. Amma kimdir qanuna riayət edən...?!”.


Füzuli Hüseynov-un dediklərinə, hələlik, Nəsimi rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Rafael Hüseynzadə-nin atası Füzuli Hüseynov özü də bir neçə dəfə metro stansiyaları qarşısında “ Siyasi məhbuslara azadlıq” tələbi ilə tək aksiya keçirib.Hər dəfə o aksiya zamanı saxlanıb və inzibati həbs cəzası alıb.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

R.Hüseynzadə yanvarın 25-də Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında tək başına “Siyasi məhbuslara azadlıq” tələbi ilə aksiya keçirib. Gənc saxlanmazdan əvvəl vurğulayıb ki, hakimiyyət müxalifətə mitinq keçirməyə icazə vermir və bu səbəbdən də o, bu formada öz sözünü deyir. O, eyni zamanda prezident İlham Əliyevi də tənqid edib.

AXCP-nin daxil olduğu Milli Şura “ Siyasi məhbuslara azadlıq” və başqa şüarlarla yanvarın 26-də Bakıda mitinq keçirmək niyyətində idi. Müsavat Partiyası da aksiyanı dəstəkləyirdi. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya razılıq vermədi. Buna səbəb kimi Bakı Şəhər Baş Polis İdarəsinin onlara müraciəti göstərilirdi. Həmin müraciətdə müxalifətin yanvarın 19-da keçirilən aksiyasından sonra ictimai asayişin pozulmasına cəhdlərin olduğu iddia edilirdi.

Milli Şura isə deyilənləri sərbəst toplaşmaq azadlığının boğulmasından ötrü bəhanə sayır.

Multimedia

XS
SM
MD
LG