Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:58

Ekspert: 'Xaricdə təhsil proqramı uğursuz oldu...'


Təhsil nazirliyi
Təhsil nazirliyi

İqtisadçı Qubad İbadoğlu 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının uğursuz olduğunu düşünür.

Ekspert deyir ki, proqram bitsə də, onun nəticə və təsirləri indiyədək müzakirəyə çıxarılmayıb: “İslahat bəyanatlarının çoxaldığı indiki şəraitdə həmin məzunların idarəçilikdə dəyərləndirilməsi məqsədəuyğundur, amma proqram barədə yüksək səviyyəli müzakirələr aparılmır. Hətta təhsil naziri Nazirlər Kabinetinin 2015-ci ilin və 2016-cı ilin doqquz ayının yekunlarına həsr olunan iclaslarında da bu proqramın icra vəziyyəti və nəticələri barədə danışmayıb”.

Buna da bax:​ Xaricdə təhsil alanlara test olmayacaq

Tələbələrə dair məlumatlar…

Q.İbadoğlu proqramın yekunları, nəticə və təsirləri barədə nədən hesabat verilmədiyini soruşur: “Niyə onu davam etdirmək təşəbbüsləri yoxdur? Niyə proqram iştirakçıları, məzun olanlar və onların indiki statusu ilə bağlı məlumatlar açıqlanmır? Dövlət vəsaiti ilə oxuyan tələbələrə dair məlumatlar hansı qanun əsasında gizli saxlanır?”.

“Qayıdan təqaüdçülərin 20 faizindən çoxu işsizdir”

Ekspert əlavə edir ki, son məlumatlara görə, təhsilini başa vurub Azərbaycana qayıdan təqaüdçülərin 20 faizindən çoxu işsizdir: “İşləyənlərin 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda çalışır. Göründüyü kimi, neftin insan kapitalına çevrilməsi ideyasının reallaşdırılmasına yönəldilən bu proqram da qarşıya qoyulan məqsədlərə tam nail ola bilməyib. Elə ona görə də məsul orqanlar susurlar”.

Buna da bax:​ Xaricdə təhsil: Ümid ianəyə qaldı

Prezident İlham Əliyevin 2007-ci il aprelin 16-da verdiyi sərəncamla “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı” təsdiqlənib. Həmin sərəncamla dövlət proqramının maliyyələşdirilməsi Dövlət

Neft Fondu və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

Cəmi 3 min 300 nəfər?

Dövlət Neft Fondu proqramın maliyyələşdirilməsinə bütövlükdə 177,6 milyon manat məbləğində vəsait ayırıb: "Ötən ilin sonuna fondun vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilən tələbələrin ümumi sayı 3 min 300 nəfər olub. Dövlət proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderland, Rusiya, İsveçrə, Fransa və ABŞ universitetlərində təhsil alırlar".

Buna da bax:​ Azərbaycandan heç bir universitet siyahıya düşməyib...

Hazırda 1300-dən çox təqaüdçü xaricdə təhsilini başa vurub. Məzun olub Azərbaycana qayıtmayanlarla bağlı məlumat açıqlanmır, amma bu sayın yüzlərlə olduğu güman edilir. Müqaviləyə əsasən, öhdəliyini yerinə yetirməyən tələbə proqramdan xaric edilir və ona çəkilən vəsait geri qaytarılır. Təhsil Nazirliyi prosesə nəzarət etsə də, nəticələr barədə açıqlama vermir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG