Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:41

İran rəsmisi: Tehran xam neft satışını davam etdirəcək


Amir Hossein Zamaninia, İran neft nazirinin müavii
Amir Hossein Zamaninia, İran neft nazirinin müavii

İran neft nazirinin müavini Amir Hossein Zamaninia bildirib ki, Tehran xam neft satmaqda davam edəcək və bunun üçün bütün gücünü səfərbərliyə alacaq.

Qeyd edək ki, ABŞ bu yaxınlarda İranın enerji sektoruna qarşı sanksiyaları daha da kəskinləşdirib.

Bu günlərdə isə İrandan neft alan Türkiyə və Çin kimi bəzi ölkələrə istisna olaraq qoyulmuş son vaxt bitib. İranın bu bəyanatı da məhz bu dövrdə verilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump ötən il ölkəsinin İranla imzalanmış nüvə sazişindən çıxdığını elan etdi və Vaşinqton Tehrana qarşı sanksiyaları bərpa elədi.

İranın 2015-ci ildə Britaniya, Çin, Fransa, Rusiya, Birləşmiş Ştatlar və Almaniya ilə imzaladığı sazişdə Tehranın nüvə fəaliyyətini dayandırması və əvəzində ona qarşı sanksiyaların aradan qaldırılması nəzərdə tuturdu.

ABŞ rəsmisinin bu yaxınlarda açıqlamasına görə, sanksiyalar Tehranı 10 milyard dollardan da artıq neft gəlirindən məhrum edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG