Keçid linkləri

2026, 09 Aprel, Cümə axşamı, Bakı vaxtı 00:12

Tbilisidə Heydər Əliyev Mərkəzi tikilir. Beş ailənin əmlakı müsadirə olunur

Prezident İlham Əliyev xanımı ilə birlikdə Tbilisidə atası Heydər Əliyevin büstünü ziyarət edir. 6 aprel, 2026-cı il
Prezident İlham Əliyev xanımı ilə birlikdə Tbilisidə atası Heydər Əliyevin büstünü ziyarət edir. 6 aprel, 2026-cı il

Gürcüstan hakimiyyəti Tbilisidə beş ailənin mülkiyyətini Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin tikintisi üçün müsadirə etməyi planlaşdırır. Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvrivişvili aprelin 3-də belə bir qərar verib. Məlumatı AzadlıqRadiosunun gürcü xidməti yayıb.

Mərkəzin Tbilisinin Abanotubani rayonunda tikilməsi planlaşdırılır. Təməlqoyma mərasimi 2023-cü ilin oktyabrında keçirilib. Layihələndirmə zamanı bəlli olub ki, ilkin ayrılmış torpaq sahələri tikinti üçün yetərli deyil. Buna görə əlavə iki sahənin də layihəyə cəlb olunmasına qərar verilib.

Sahələrdən birində yaşayış kompleksi yerləşir, buradakı mənzillər və mansardlar 24 fiziki şəxsə məxsusdur. Onlardan 13-ü dövlətin əmlakın satın alınması ilə bağlı təklifini qəbul edib. 11 mənzil və mansardın sahibi olan beş mülkiyyətçi təklifdən imtina edib. "Sova" nəşri yerli sakinlərə istinadən bildirir ki, əslində imtina edən ailələrin sayı 10-dur.

Prezident Əliyev Tbilisi meri Kaxa Kaladze il
Prezident Əliyev Tbilisi meri Kaxa Kaladze il

Gürcüstan hakimiyyəti müsadirə qərarını mərkəzin "ictimai ehtiyaclar üçün zəruri obyekt" olması ilə izah edir. "İctimai maraqlar üçün mülkiyyətin alınması qaydası haqqında" Qanuna əsasən, bu zaman mülkiyyət tam və ədalətli kompensasiya ilə alınır. Ancaq İqtisadiyyat Nazirliyi bildirib ki, əmlakın qiymətləndirilməsi onların səlahiyyətlərinə daxil deyil. Mülkiyyət sahibləri nazirliyin qərarından bir ay ərzində məhkəməyə şikayət verə bilərlər.

Heydər Əliyev adına Mədəniyyət Mərkəzi köhnə hamam binasının yerində tikiləcək. Gürcüstanın "Business Media" nəşri yazır ki, Gürcüstan hökuməti torpaq sahəsinin alınmasını maliyyələşdirəcək, mərkəzin tikintisini isə Azərbaycan həyata keçirəcək.

İqtisadiyyat Nazirliyinin əmri verildikdən üç gün sonra Azərbaycan prezidenti İlham Əliyev Gürcüstana səfər edib.

XS
SM
MD
LG