Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:17

Tatar milli təşkilatını ‘ruslara düşmənçilikdə’ ittiham edirlər


1552-ci il tədbirində tatar piketçi
1552-ci il tədbirində tatar piketçi

Kommersant qəzetinin yazdığına görə təşkilatı ruslara qarşı düşmənçiliyi qızışdırmaqda ittiham edirlər

Kazan şəhərinin prokurorluğu 1988-ci ildə təsis edilmiş Ümumtatar İctimai Mərkəzi (ÜİM) – millətçi təşkilatına qarşı inzibati iş açıb.

Kommersant qəzetinin yazdığına görə təşkilatı ruslara qarşı düşmənçiliyi qızışdırmaqda ittiham edirlər.

Prokurorluğun hərəkətinə Kazanda hər ilin 15 oktyabrında keçirilən ənənəvi xatirə aksiyası səbəb olub.

Həmin gün UİM 1552-ci ildə Kazanın Rusiya çarı Zəhmlı İvan tərəfindən fəth olunması zamanı həlak olan tatarların xatirəsini yad edən mitinq keçirir.

Son aksiya zamanı ÜİM-in Rusiya Konstitusiyasını tənqid edən müraciəti oxunub.

Söhbət Rusiya Konstitusiyasında “dövlətqurucu xalq” müddəasının işlədilməsindən gedir.

Konstitusiyaya ötən il düzəliş kimi əlavə olunmuş bu müddəada dövqlətqurucu xalq kimi rusların nəzərdə tutulduğu düşünülür.

“Dövlətqur

ucu” və “müstəmləkə”

İndi isə tatar milli təşkilatı Tatarıstan parlamentindən tatar xalqını “dövlətqurucu xalq” kimi tanıyan qanunun qəbul olunmasını tələb edir.

Prokurorluq bu tələbdə “mümkün düşmənçilik kontesktinin”, habelə “rusları və tatarları “dövlətqurucu” və “müstəmləkə” xalq kimi üz-üzə qoymaq cəhdinin” ola biləcəyini bildirir.

Ümumtatar İctimai Mərkəzinin başçısı Farit Zakiyev Kommersant qəzetinə deyib ki, prokurorluğun bu iddialarını qəbul etmir:

“Bu müraciət olmasaydı da, başqa bir bəhanə tapacaqdılar”.

Ötən yanvar ayında Tatarıstan Respublikasının prokurorluğu ÜİM-in ekstremist təşkilat kimi tanınmasını tələb etmişdi.

Bu iş üzrə məhkəmə prosesi hələ başa çatmayıb.

Ümumtatar İctimai Mərkəzi Tatarıstanda ən böyük milli təşkilatdır.

Bu təşkilat əvvəllər Tatarıstana müstəqillik verilməsini tələb edirdi.

Lakin 1990-cı illərin sonlarından təşkilat diqqətini əsasən mədəni tədbirlərə, tatar dil və mədəniyyətinin müdafiəsinə yönəldib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG