Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Tatarlar yenə də ana dilinə görə etiraz aksiyasına çıxıblar


Noyabrın 6-da Kazanın mərkəzində etiraz aksiyası keçirilib
Noyabrın 6-da Kazanın mərkəzində etiraz aksiyası keçirilib

Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində tatar dilinin regionun orta məktəblərində icbari olmasını tələb edən etiraz aksiyası keçirilib.

Noyabrın 6-da şəhərin mərkəzində keçirilən aksiyada respublikanın ziyalıları da daxil 150 nəfər iştirak edib. Bu aksiyanı Tatarıstan Konstitusiyasının qəbul edilməsinin 25 illiyi münasibətilə Tatar İctimai Mərkəzi təşkil etmişdi.

Etirazçılar Moskvadan və yerli rəsmilərdən bölgənin əsas qanununa hörmət göstərilməsini tələb ediblər. Konstitusiyaya görə Tatarıstanın bütün məktəblərində dövlət dili olan rus dili ilə yanaşı həm də tatar dili dərsləri keçilməlidir.

Etitarazçılar habelə Kazan və Moskva arasında səlahiyyətlərin bölüşdürülməsinə dair müqavilənin yenilənməsini tələb ediblər.

Nümayişçilərin əllərindəki plakatlarda “Tatarıstanın bütün rəsmiləri tatar dilini bilməlidirlər” və “Tatarıstan Respublikası və Rusiya Federasiyası tatar və Rusiya konstitusiyalarına görə bərabərhüquqlu partnyorlardır” yazılmışdı.

Polis aksiyada Ayrat Şakirov adlı bir fəalı həbs edib.

Moskva və Kazan arasında hakimiyyətin bölüşdürülməsinə dair 2007-ci ildə imzalanmış müqavilənin müddəti ötən avqustda başa çatıb.

Tatarıstan millət vəkillərinin israrlı çağırışlarına baxmayaraq Moskva bu sənədi təzələməkdə tərəddüd keçirir.

İyul ayında Mari El Respublikasında səfərdə olan Vladimir Putin demişdi ki, “kimisə onun ana dili olmayan dili öyənməyə məcbur etmək və həm də Rusiyanın etnik respublikalarının məktəblərində rus dili saatlarını kəsmək yolverilməzdir”.

Putin belə halların qarşısının alınması üçün ölkənin baş prokuroruna tapşırıq vermişdi.

Bu sərəncamdan əvvəl rusdilli valideynlər Rusiyanın etnik regionlarının məktəblərində yerli dillərin icbari tədrisinin ləğvinə çağırırdılar.

Bundan başqa noyabrın 6-da Tatar Gəclnərinin Forumu adlı QHT Tatarıstan Konstitusiyasının ildönümünə həsr edilmiş açıq konsert təşkil etmişdi.

Yüzlərlə tamaşaçının gəldiyi konsertdə Tatarıstan Konstitusiyasında tatar dilinə aid bəndlər də oxunurdu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG