Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:16

Keçmiş hakim və indiki vəkil həbs olundu


2 saylı vəkil bürosunda fəaliyyət göstərən Tamerlan Zeynalov həbs olunub. Yanvarın 28-də Nəsimi Rayon Məhkəməsində belə qərar çıxarılıb.

Vaxtilə Xətai Rayon Məhkəməsinin hakimi, sonradan vəkil olmuş Tamerlan Zeynalov ev dustağı idi.

CM-in 178 (dələduzluq) və 34.312 (rüşvət verməyə təhrik etmə) maddələrilə haqqında cinayət işi başlanan vəkil həbs olunmamışdı. İstintaq dövrü üçün onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Onun haqqındakı cinayət işinə Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənova baxır.

Yanvarın 28-də məhkəmənin hazırlıq iclasında onun anket məlumatları dəqiqləşdiriləndən sonra prokuror Tamerlan Zeynalov barəsindəki qətimkan tədbirinin dəyişdirilməsini istəyib. O vəsatət qaldırıb ki, ev dustaqlığı qətimkan tədbiri ləğv olunsun, təqsirləndirilən şəxs həbs edilsin.

Hakim vəsatəti təmin edib.

Tamerlan Zeynalov Asif Bağırov adlı şəxsin problemini həll etmək adıyla ondan 20 min manat alıb aldatmaqda ittiham edilir.

XS
SM
MD
LG