Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Tamerlan Qarayev Litvaya səfir göndərilib


Tamerlan Qarayev
Tamerlan Qarayev

Azərbaycanın İndoneziya, eyni zamanda Filippin, Timor-Leste Demokratik Respublikası, Sinqapurdakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev geri çağırılıb.

Prezident İlham Əliyev dekabrın 13-də bununla bağlı sərəncam verib.

Sərəncama əsasən, Tamerlan Qarayev həmçinin, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında Azərbaycanın daimi nümayəndəsi vəzifələrindən də geri çağırılıb.

Ölkə başçısının digər sərəncamı ilə Tamerlan Qarayev Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Tamerlan Qarayev Azərbaycan xalq hərəkatının fəallarından olub.

O, 1989-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Məclisinə sədrlik edib.

1991-1993-cü illərdə Ali Sovet sədrinin müavini, I müavini kimi fəaliyyət göstərib.

Tamerlan Qarayev 1993-cü il hakimiyyət dəyişikliyindən sonra Çinə səfir göndərilib.

O, 2001-ci ilə qədər Çində, 2004-2011-ci illərdə isə Hindistanda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi çalışıb.

XS
SM
MD
LG