Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Sentyabr, şənbə, Bakı vaxtı 09:26

BMT: Əfqanıstan nəzarətdən çıxır


İsveçrə-BMT-nin baş katibi Antonio Guterres

Birləşmiş Millətlər Təşkilatı-nın (BMT) baş katibi Antonio Guterres avqustun 13-də Taliban hərəkatını Əfqanıstanda hücumları təcili dayandırmağa çağırıb və bu ölkənin nəzarətdən çıxdığını xəbərdarlıq edib.

"Beynəlxalq ictimaiyyətin olanlara mesajı aydın olmalıdır ki, hakimiyyəti hərbi güclə zəbt etmək sonda məğlubiyyət deməkdir. Bu, yalnız uzun sürən vətəndaş müharibəsi və ya Əfqanıstanın tamamilə təcrid olunmasına gətirib çıxara bilər", deyə Guterres jurnalistlərə bildirib.

Taliban hərəkatının son 24 saat ərzində ölkənin 3 iri şəhərini ələ keçirməsi, paytaxt Kabil üçün ciddi təhlükə yaradıb.

Talibançılar son gün ərzində ölkənin ikinci və üçüncü böyük şəhəri olan Herat və Qəndəharı, habelə Laşkar-Gah vilayətinin paytaxtı Helmand şəhərini tam nəzarətə götürüblər.

Reütersin avqustun 13-də verdiyi məlumata görə, taliban həmçinin ölkənin cənubundakı Zabul və Uruzqan əyalətlərinin paytaxtını, habelə qərindəki Qor şəhərini ələ keçiriblər.

Hazırda, paytaxt Kabilin təxminən 80 kilometrliyində yerləşən Puli-Alam şəhəri də talibançıların nəzarətindədir.

Bu şəhər mərkəzi Lohar əyalətinin paytaxtıdır.

Bu bölgədəki Qəzni şəhəri də Talibanın nəzarətinə keçib və Kabil yolunun üstündə yerləşən hər iki şəhər, strateji cəhətdən olduqca vacib məntəqələr sayılır.

Reütersin məlumatına görə, hazırda ölkənin 34 əyalətindən azı yarısının paytaxtı Talibanın nəzarətindədir.

İndi söhbət demək olar ki, paytaxt Kabilin taleyindən gedir.

ABŞ hərbi kəşfiyyatının məlumatına görə, Taliban döyüşçüləri indi paytaxt Kabili 30 gün ərzində təcrid edə, 90 gün ərzində isə ələ keçirə bilər.

Vəziyyət getdikcə pisləşdiyinə görə, ABŞ və Böyük Britaniya bu ölkədəki diplomatik missiyalarının əməkdaşları və vətəndaşlarını çıxarmaq üçün minlərlə hərbi qüvə cəlb ediblər.

Taliban bəyan edib ki, onların belə sürətlə uğur qazanması, "İslam Əmirliyinin millət arasında qəbul edilməsindən xəbər verir”. Çünki güc yolu ilə belə sürətlə irəliləmək mümkün deyil.

Taliban həmçinin vətəndaşların həyatı, mülkləri və əmlaklarına təminat veriləcəyini bildirib və bəyan edib ki, hərbçilər də daxil olmaqla “İslam Əmirliyi”ni qəbul edəcəkləri halda, Kabil hökuməti ilə əməkdaşlıq edənlərin hamısına amnistiya elan ediləcək.

XS
SM
MD
LG