Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 15:55

“Peyğəmbərlər - Həzrəti İsa, Həzrəti Musa, Həzrəti Məhəmməd yerdə olsaydılar, Allahın dini kitablarda göstərdiyi kimi bir məkan axtarsaydılar, belə məkanlardan biri Azərbaycan ola bilərdi.

Çünki Azərbaycan bütün dinlərə və millətlərə qucaq asan bir məkandır”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AzadlıqRadiosuna belə deyib.

O buna bənzər çıxışını “Dini və Milli Tolerantlıq - Millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” adlı forumda da edib.

Mübariz Qurbanlı bildirir ki, Azərbaycan bu gün dünyada ən tolerant ölkələrdən biridir:

Buna da bax: Azərbaycan olimpiadadan imtina elədi

“Dini kitablarda əksini tapan ideyalar Azərbaycanda var. Bərabər, anlaşıqlı, tolerant bir cəmiyyət. Kiminsə Azərbaycanda tolerantlığın olmasına şübhəsi varsa, biz onları öz ölkəmizə dəvət edirik. Onlar özləri gəlib, buna şahid ola bilərlər”.

Mübariz Qurbanlı Azərbaycanda kimlərinsə dini baxışlarına görə, fərqli xalq və millətlərə basqı edilməydini vurğulayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG